“Baş nazir Nikol Paşinyan Ermənistanın artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaqda maraqlı olmadığını bildirir”.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Mən istərdim ki, birdəfəlik müəyyən edək ki, KTMT-yə marağımız quruyub və bizim KTMT-yə marağımız yoxdur”,- deyə Paşinyan hökumətin brifinqində deyib
O, KTMT-nin baş katibi Taalatbek Masadykov-un sözlərinə münasibət bildirmək istəyinə belə cavab verib. Masadikovun sözlərinə görə, təşkilat noyabrın 11-də gündəliyi təsdiq edərkən Nizamnamənin büdcə borcuna görə səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan 25-ci maddəsinin Ermənistana tətbiq edilməsini nəzərdən keçirə bilər.
Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-dən çıxarılsa, çox məmnun olacaq. 2024-cü ilin sentyabrında o, İrəvanın təşkilatda iştirakının dondurulduğunu bəyan edib.
Yeganə





















