Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Bolqarıstanın hazırkı prezidenti İliana Yotova seçkilərin ikinci turundan sonra vəzifəsində qalacaq.
Elchi.az xəbər verir ki, səslərin 99,95 faizinin hesablanması ilə Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev 57 faizdən çox səs toplayıb. Bu, onları rəqibləri Andrey Gyurov və Georgi Kandevi 18 faiz qabaqlayır.
Seçkilərin ikinci turu üçün səslərin hesablanması başa çatıb və qalan hesablanmamış protokollar nəticəyə təsir edə bilməz. Seçkilərin rəsmi nəticələri noyabrın 4-dən gec olmayaraq açıqlanacaq.
Bundan əvvəl Yotova seçki kampaniyasının yekun mərhələsində Avropa İttifaqı (Aİ) liderlərini Rusiya ilə dialoqa çağırıb. “Hər kəs [Rusiya prezidenti Vladimir] Putinə zəng etməlidir. Rusiya ilə bu diplomatik kanallar bütün Aİ adından açılsa, daha effektiv olardı”, – siyasətçi oktyabrın sonunda deyib.
İliana Yotova 2026-cı ilin yanvarında Rumen Radevin istefasından sonra Bolqarıstanın prezidentliyinə başlayıb. O, Bolqarıstan tarixində prezident postunu tutan ilk qadın olub.
Yeganə




















