Böyük Britaniya hökuməti hərbi və iqtisadi yardım çərçivəsində Ukraynaya əlavə 10 milyard funt-sterlinq (13,3 milyard dollar) ayıracaq.
Elchi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Djon Hili məlumat yayıb.
“Biz kreditlər və ixrac maliyyə zəmanətlərinə əsaslanan əlavə iqtisadi və hərbi yardım kimi 10 milyard funt-sterlinq ayıracağıq”, – deyə Maliyyə Nazirliyinin rəhbəri Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı bildirib.
Məryəm





















