Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatı davam edir.
Elchi.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) bu gün xalça üzərinə çıxacaqlar.
Nihat Məmmədli ilk görüşündə ABŞ təmsilçisi Xavyer Consonla qarşılaşacaq. İslam Abbasovun rəqibi isə Türkiyə güləşçisi Ali Cengiz olacaq. Həsrət Cəfərov mübarizəyə növbəti mərhələdən başlayacaq.
Bundan başqa, Murad Əhmədiyev (97 kq) təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi Avstriya təmsilçisi Markus Raqqinqer olacaq.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) daha əvvəl qızıl medal qazanıblar.





















