"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
in İQTİSADİYYAT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib.

Bunu da oxuyun

Vergi Məcəlləsinə dəyişiklik olunur

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Mərkəzi Banka yeni səlahiyyət verilir

Elchi.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkənin iqtisadi inkişafını davam etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.

Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması deməkdir.

Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye, neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması sahələrində mərhələli dəyişiklikləri nəzərdə tutur.

Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin qorunması, bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə imkan yarada bilər.

Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda “yaşıl enerji zonaları”nın inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir.

ETSN-in milli əlaqələndirici qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi nəzərdə tutulur.

Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf şəkildə ortaya qoyacaq.

Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl investisiyalar mühüm əhəmiyyət daşıyır.

Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı olacaq.

Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur.

Previous Post

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Next Post

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Bənzər yazılar

Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Elchi.az xəbər verir ki, bununla bağlı Vergi...

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün...

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Elchi.az xəbər verir ki,...

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası nəzərdə tutulur. Elchi.az...

Next Post
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.