Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Biz müharibəyə hazırlaşırıq, lakin ondan hər cür qaçmağa çalışırıq – o nə bizə, nə də sizə lazımdır. Lakin baş verməməsi üçün həmişə hazır olmaq lazımdır. Buna görə də qərb istiqamətindəki birgə qruplaşmamız həmişə lazım olacaq və o, bu gün qaydasındadır”, – deyə Lukaşenko qeyd edib.
Məryəm



















