"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

22 Oktyabr 2026 - 10:45
in MÖVQE
FacebookVatsap

Dünyanın 2 supergücü sayılan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil. Zahirən bu Azərbaycanın xəritədəki yeri ilə əlaqələndirilə bilər. Lakin bu yanaşma geosiyasi reallığı qismən əks etdirir. Diqqətin Azərbaycana yönəlməsi ölkəmizin xəritədəki bugünkü yeri ilə yanaşı gələcəyin xəritəsində tutacağı yer ilə əlaqəlidir. Bu gün Azərbaycan hər 2 supergüclə – həm ABŞ və həm də Çin ilə bərabərhüquqlu strateji tərəfdaşdır.

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

Supergüclərin yolunun Azərbaycandan keçməsi təbii və coğrafi üstünlükdür. Həmin yolların əsas şərtlərinin müəyyənləşdirilməsində Azərbaycanın söz sahibi olması isə strateji qazancdır. Yəni Azərbaycan üçün əsas məsələ böyük dövlətlərin diqqətindən necə istifadə etmək bağarığıdır. Coğrafi mövqe Azərbaycana müəyyən avantaj, başlanğıc üstünlük verir; həmin üstünlüyü davamlı geosiyasi kapitala və siyasi sərbəstliyə çevirmək isə səmərəli diplomatiya, şəffaf müqavilələr, etibarlı infrastruktur və regional sabitlik tələb edir.

Ümumiyyətlə, Çin siyasətinin arxa planında daha çox iqtisadi hesab dayanır. Çin ixrac məhsullarının Avropaya çatdırılması üçün alternativ marşrutlara ehtiyac duyur. Şimal dəhlizi geosiyasi risklərlə yüklənib, dəniz yolları isə həm vaxt, həm də təhlükəsizlik baxımından həssasdır. Alternativ yollar yük daşımalarının siyasi böhranlardan, təhlükəsizlik problemlərindən və ayrı-ayrı nəqliyyat xətlərindəki fasilələrdən asılılığını azaltmağa imkan verir.
Orta Asiya, Xəzər və Cənubi Qafqazdan keçən Orta Dəhliz bu mənada Pekin üçün strateji əhəmiyyət kəsb edir. Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz üzərindən əlaqələr Pekinə əlavə seçim yaradır. Azərbaycan həmin zəncirin ən vacib həlqələrindən biridir. Tranzit imkanları, Xəzər limanları və Avropaya çıxış Bakını Çin üçün tərəfdaşdan daha artıq, açar halqa edir.

Görünən odur ki, Azərbaycanla bağlı Çinin əsas marağı ölkəmiz üzərindən keçən marşrutların və bağlantıların nə dərəcədə etibarlı və əlçatan olacağı ilə bağlıdır. Çin həm də özünün ixrac məhsullarının daşınması üçün regiondan keçən marşrutlar planlaşdırılır. Yəni Azərbaycan həm təhlükəsiz tranzit olkə və həm də etibarlı tərəfdaş kimi Pekinin diqqətini cəlb edir.

Bu səfəri “Pekin Azərbaycanı və ümumilikdə Güney Qafqazı Vaşinqtonun təsir dairəsinə buraxmaq istəmir” yanaşması ilə izah eləmək cəlbedici görünür. Bu regionda süpergüclərin rəqabətinin olduğunu və daha da güçləndiyini göstərir. Lakin bu yanaşma regionun və Azərbaycanın geosiyasi və iqtisadi maraqlarını, bütövlükdə bir dövlət kimi siyasi iradəsini arxa plana keçirir. Bütövlükdə Güney Qafqaz regionu, o cümlədən Azərbaycan supergüclərin birinin digərinə təhvil verə biləcəyi siyasi məkan deyil. Azərbaycan da orta güç kimi regional proseslərə təsir göstərir, özünə tərəfdaş seçir, şərtlər irəli sürür və xarici maraqları öz məqsədlərinə uyğunlaşdırmağa çalışır.

Əlbəttə regionda və Azərbaycanda ABŞ və Rusiyanın maraqlarının olduğunu və onlarla Çin arasında rəqabətin getdiyini və bu rəqabətin mahiyyətini nəzərdən qaçırmaq olmaz.

Belə ki, Azərbaycandan və regiondan keçən marşrutlar həm Çin mallarının daşınmasına, həm də ABŞ-ın dəstəklədiyi regional bağlantı layihələrinə xidmət edə bilər. Bu mənada maraqların müəyyən nöqtələrdə üst-üstə düşməsi təbii görünür. Lakin maraqların toqquşduğu hallar da çoxdur. Maraqların toqquşması və əsas mübahisələr yolun mövcudluğundan çox, onun maliyyələşdirilməsi, idarə olunması, texnoloji standartları və yaratdığı siyasi təsir ətrafında yaranır. Burada Azərbaycan üçün müxtəlif tərəfdaşların maraqlarını bir-birini tamamlayan layihələrə çevirmək kimi mühüm imkan meydana çıxır. Ancaq bu imkanın qorunması iqtisadi əməkdaşlığın siyasi seçim üzərində inhisar yaratmamasından asılıdır. Bir tərəfdaşla yaxınlaşma digər tərəfdaşla münasibətləri avtomatik məhdudlaşdıran öhdəliyə çevrilərsə, Azərbaycanın manevr sahəsi daralar.

Regionda Rusiyanın maraqlarını və mövqeyini də qeyd etmək lazımdır. Çinin regionda fəallaşması avtomatik olaraq sıxışdırılıb çıxarılması anlamına gəlmir. Rusiya və Çin müəyyən siyasi məsələlərdə yaxın mövqelər tutsalar da, nəqliyyat, loqistika, bağlantı və investisiya sahələrində isə fərqli maraqlara malikdirlər. Buna görə regiondakı dəyişiklikləri yalnız bir gücün geri çəkilməsi və digərinin onun yerini tutması kimi qiymətləndirmək kifayət etmir. Azərbaycan və bütövlükdə Güney Qafqaz bir neçə güc mərkəzinin eyni vaxtda maraq göstərdiyi məkana çevrilir. Həm də bu maraqların diametral fərqli olduğu görünür. Çin Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyir, Vaşinqton regional bağlantılarda daha fəal iştirak edir, Moskva isə öz maraqlarını qorumağa çalışır.

Bu geosiyasi rəqabət Azərbaycan üçün həm imkan, həm də çətin bir sınaqdır. Bir tərəfdən Çin, ABŞ, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi güc mərkəzlərinin eyni anda Bakıya maraq göstərməsi ölkənin diplomatik çəkisini artırır. Digər tərəfdən bu maraqların toqquşduğu məkanda tarazlığı qorumaq xüsusi məharət tələb edir. Bakının uğuru bu maraqlar arasında seçim etməyə məcbur qalmaqdan yayınaraq, hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsində olacaq. Azərbaycanın uzun illərdir yeritdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət məhz belə anlar üçün yaradılıb.

Praktik baxımdan Bakı üçün əsas məsələ Çin sərmayəsinin və tranzit yüklərinin real həcmlərini artırmaqdır. Bunun üçün infrastrukturun, gömrük prosedurlarının və dəhliz boyu ölkələrarası koordinasiyanın təkmilləşdirilməsi vacibdir. Çinin maraqları ilə Azərbaycanın tranzit mərkəzi və orta güc strategiyası üst-üstə düşür, amma bu uyğunluq avtomatik nəticə vermir, işləyən mexanizmlərlə möhkəmləndirilməlidir.

Çin burada təsir dairəsi uğrunda gərginlik yaratmaqdan daha çox ticarət marşrutlarına və logistika nöqtələrinə sabit çıxış əldə etmək istəyir. Bunun nə dərəcədə uğurlu olacağı həm Bakının mövqeyindən, həm də regionda rəqabət aparan digər güclərin addımlarından asılıdır. Bir şey aydındır: Güney Qafqaz artıq böyük güclərin diqqət mərkəzindədir və Azərbaycanın bu mərkəzdə rolu getdikcə artmaqdadır.

Qulamhüseyin Əlibəyli

Previous Post

ABŞ Səudiyyə Ərəbistanından təxliyə əmri verdi

Next Post

Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post
Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

Kuba Xarici İşlər Naziri Rodriges: "ABŞ gündəlik həyatı hədəf alır"

Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52
Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

28 Oktyabr 2026 - 16:44
Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36
“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

28 Oktyabr 2026 - 16:29
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

28 Oktyabr 2026 - 16:21
Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

28 Oktyabr 2026 - 16:12
“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

28 Oktyabr 2026 - 16:03
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.