ABŞ prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin artmasından təsirlənən amerikalı fermerlərə cari məhsul mövsümünün xərclərini ödəmək üçün 8 milyard dollar yardım elan edib.
Elchi.az xəbər verir ki, o, Kanzasda respublikaçı senator Rocer Marşalla dəstək mitinqində yeni Məhsul Yanacaq Yardım proqramının başlandığını elan edib.
“Respublikaçılar qalib gələndə biz gözəl fermerlərimiz üçün daha da çox maliyyə təmin edəcəyik”,-deyə Tramp bildirib.
“The Wall Street Journal”-ın yazdığına görə, Respublikaçılar noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Ayova və Kanzas kimi ştatlarda gərgin yarışlarla üzləşiblər, burada partiyanı ənənəvi olaraq dəstəkləyən kənd seçiciləri İran münaqişəsi nəticəsində dizel yanacağının qiymətlərində kəskin artımdan əhəmiyyətli dərəcədə təsirləniblər.
Bu fonda ABŞ lideri Moskva ilə dizel sövdələşməsinin Amerika xalqı üçün düzgün seçim olduğunu və Avropa İttifaqının enerji üçün Rusiyaya 250 milyard dollar ödədiyini, lakin yalançı medianın bu xəbərə toxunmayacağını vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinin oktyabrın 21-də elan etdiyi kimi, 40 min ton dizel yanacağı daşıyan ilk tanker iki-üç gün ərzində ABŞ-a yola düşəcək.
Yeganə





















