Aİ nümayəndələri Macarıstanın yaydan bəri blokladığı Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması üzrə danışıqların texniki mərhələsinin keçirilməsi barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, növbəti addım gələn həftə ümumi mövqelər layihəsinin razılaşdırılması olacaq ki, bu da təsdiqlənəcəyi təqdirdə üzvlük üzrə iki danışıqlar klasterinin açılmasına yol aça bilər. Aİ-nin adı açıqlanmayan diplomatının sözlərinə görə, Brüssel oktyabrın 12-də Ukrayna Ali Radası tərəfindən azlıqların təhsil hüquqları haqqında qanun layihəsinin qəbul edilməsindən sonra 2-ci və 3-cü danışıqlar klasterlərinin açılması barədə yekdilliklə qərar qəbul edəcəyinə ümid edir.
Məryəm





















