Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında bağlanmış Məkkə sazişi çərçivəsində yaradılmış Strateji Siyasi-Müdafiə Komitəsinin iclası yakın vaxtlarda Ər-Riyadda keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
“Prinsip etibarilə Strateji Siyasi-Müdafiə Komitəsinin iclasının keçirilməsi razılaşdırılıb, o, çox yaxında Ər-Riyadda baş tutacaq”, – deyə Dar mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, komitənin tərkibinə hər ölkədən üç nümayəndə – xarici işlər nazirləri, müdafiə nazirləri və baş qərargah rəisləri daxildir. Nazir dəqiqləşdirib ki, gözlənilən görüş xüsusilə Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilərin Səudiyyə Ərəbistanına hücumları ətrafındakı vəziyyətə həsr olunacaq.
Məryəm




















