Almaniya Müdafiə Nazirliyində Ukrayna üçün silah alışı ilə məşğul olan “Sonderstab Ukraine” adlı qapalı bölmə fəaliyyət göstərir.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bölmə idarənin mühafizə olunan ayrı bir hissəsində yerləşdirilib. O, münaqişə başladıqdan bir neçə ay sonra vəziyyəti izləmə mərkəzi kimi yaranıb, 2022-ci ilin iyulunda isə “Sonderstab Ukraine” adı altında yenidən təşkil olunub.
FT-nin məlumatına görə, qrup Ukraynaya silah tədarükü üzrə müqavilələri cəmi 14 gün ərzində bağlaya bilir. Quruma keçmiş “Tornado” pilotu, briqada generalı Yoaxim Kaşke rəhbərlik edir. Onun sözlərinə görə, qərar qəbulu zəncirinin qısa olması çevik və sürətli hərəkət etməyə imkan verir.
Bölmədə 20-dən az nəfər çalışır. Almaniya Ukraynaya tədarükləri birbaşa maliyyələşdirir və silahları öz yerli istehsalçılarından satın alır. Xüsusilə, “Sonderstab” “Quantum” dronlarının və “IRIS-T” HHM sistemlərinin tədarükünü maliyyələşdirib.
Məryəm





















