"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
in DÜNYA
FacebookVatsap

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) açıq mənbələr üzrə apardığı monitorinqdə ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb.

Bunu da oxuyun

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

Elchi.az bu barədə agentliyə istinadən xəbər verir.

Belə ki, monitorinq zamanı “AzərPay”, “Express Pay”, “ExpersPay”, “KonturPay”, “million” və “PulPay” adlarından istifadə edən altı saxta internet resursu aşkar edilib. Sözügedən resurslarda “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının ad və loqolarından istifadə edilməklə endirimli internet və danışıq paketləri təklif olunur. Saxta səhifələr real ödəniş xidməti göstərmir, əvəzində istifadəçidən bank kartı məlumatlarının daxil edilməsi tələb olunur.

MKA-nın araşdırması nəticəsində müəyyənləşib ki, qeyd olunan resurslar eyni yanaşma əsasında hazırlanıb. Saxta saytlarla yanaşı, onları tanıtmaq üçün “TikTok” platformasında hesablar yaradılıb və həmin hesabların paylaşımları ödənişli reklam vasitəsilə yayımlanıb. Reklam materiallarında “Ad”, “Learn more” və “Shop now” bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərir. Araşdırma zamanı müəyyənləşib ki, saxta resurslarda istifadə olunan reklam materialları da eyni şablon və struktur əsasında hazırlanıb. Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri və “Yay kampaniyası”, “Payız kampaniyası” kimi mövsümi ifadələrdən istifadə olunub, əsasən isə yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində bank brendi olan “Expressbank”ın ad və vizual üslubundan da istifadə edilib.

MKA-nın qiymətləndirməsinə əsasən, aşkarlanan hallar ayrı-ayrı insidentlər deyil, eyni şablon və reklam mexanizmi əsasında qurulmuş vahid fişinq şəbəkəsinin elementləridir. Bu səbəbdən yalnız ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətini tam dayandırmaya bilər. Belə ki, mövcud resursların əvəzinə eyni yanaşma ilə yeni domen və hesabların yaradılması mümkündür.

MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları üzərindən yoxlamağı, tanımadıqları keçidlərdə bank kartı məlumatlarını paylaşmamağı tövsiyə edir.

Previous Post

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Next Post

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

Bənzər yazılar

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38

Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik...

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30

ABŞ Rumıniyaya 9 piyada desant amfibiya maşını (AAV) tədarük edib. Elchi/az xəbər verir ki, bu barədə ABŞ-nin Rumıniyadakı səfirliyinin mətbuat...

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli bir ildən çox tutduğu vəzifəsindən getdiyini elan edib. Elchi.az xəbər verir...

Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

28 Sentyabr 2026 - 18:19

Vasitəçilər Tehranın təkmilləşdirilmiş yeddid günlük təklif variantını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ və İran nümayəndələri...

Next Post
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.