Çərşənbə axşamı Kanadanın ABŞ-dən olan təxminən 20 milyard dollar məbləğində ixaraca qarşı rüsumları qüvvəyə minib.
Elchi.az xəbər verir ki, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.
Bu tədbirlər avqustun 22-də ABŞ-nin 20 milyard dollar dəyərində Kanada mallarına tətbiq etdiyi 50%-lik rüsumların qüvvəyə minməsinə cavab olub. Bundan əvvəl Ottava və Vaşinqton arasında ticarət danışıqları uğursuzluqla nəticələnmişdi.
Kanada rüsumları məişət texnikası, elektronika, metallar və geyim daxil olmaqla 629 adda məhsula şamil edilir. Rüsumların həcmi nadir hallarda 15% olmaqla, əsasən 25%-dən 50%-dək təşkil edir.
“The Globe and Mail” əlavə edir ki, Vaşinqton artıq bu rüsumlara cavab verəcəyini vəd edib, buna görə də ABŞ və Kanada arasında ticarət münaqişəsinin daha da genişlənməsi mümkündür.
Məryəm





















