Səudiyyə Ərəbistanı hakimiyyəti Yaxın Şərqdəki münaqişənin iqtisadi fəsadları fonunda 8 milyard dollar məbləğində yeni borc vəsaiti cəlb etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Krallığın Dövlət Borcunun İdarə Olunması üzrə Milli Mərkəzi artıq uyğun bankın axtarışına başlayıb. Agentliyin yazdığına görə, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” da borc almaq üçün banklarla təmaslar yaradır. Qeyd olunur ki, bütün danışıqlar ilkin mərhələdədir və onların davam etdirilməsi hələlik sual altındadır.
Məryəm





















