Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib.
Elchi.az xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,41% azalaraq 87,48 ABŞ dollarına düşüb.
ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,37 dollar və ya 0,45% ucuzlaşaraq 81,86 dollar təşkil edib.
Qeyd edək ki, neftin ucuzlaşması Hörmüz boğazının yenidən açılması ilə bağlı gözləntilərin güclənməsi, İran və Oman arasında aparılan danışıqlar, həmçinin Qətərin vasitəçilik səyləri fonunda tədarük risklərinin azalacağına dair ümidlərlə əlaqələndirilir.
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükünü nəzərdə tutan “Yaşıl enerji dəhlizi” (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar...





















