Türkiyənin xarici işlər naziri Hakan Fidan YPG-nin (PKK terror təşkilatının Suriya qolu – red.) ləğv edilməsi ilə bağlı jurnalistlərə açıqlama verib və bildirib ki, bu, Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Bizim işimiz peşəkar yanaşma sərgiləmək və silahlı birləşmələrin buraxıldığını yoxlamaqdır. İfadə edildiyi kimidirsə, təbii ki, məmnunedici hadisədir”, – o bildirib və əlavə edib ki, Suriyanın da milli birlik, suverenlik və ərazi bütövlüyü pozulmamalıdır.
Türkiyənin XİN başçısının sözlərinə görə, YPG nəinki Suriya, həmçinin Türkiyənin əleyhinə olub:
“Amma yeni prosesdə bütün bu problemləri qarşılıqlı anlaşma, dialoq, sülh yolu ilə həll edəcəyik”, – o deyib.
Xatırladaq ki, “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi avqustun 25-də silahlı birləşmələrin buraxıldığını və kürd qüvvələrinin Suriya hökumət qoşunlarının sıralarına tam inteqrasiya olunduğunu elan edib.





















