"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirilib

19 May 2026 - 13:03
in CƏMİYYƏT
FacebookVatsap

Elchi.az Bugun.tv-yə istinadən  xəbər verir ki, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı “İnklüziv şəhərlər alyansı” layihəsi çərçivəsində “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirib.

Bunu da oxuyun

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində, bu gün A zonasında yerləşən AZ NGO:039 pavilyonunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsinin fəaliyyət planına uyğun olaraq baş tutub.

Tədbirdə Milli Məclisin, müxtəlif dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Eyni zamanda beynəlxalq və xarici təşkilatların təmsilçiləri də tədbirə qatılıblar.

Tədbiri giriş sözü ilə açan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iştirakçıları salamlayıb. O, layihənin məqsədləri və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva, BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Dünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıblar. Onlar inklüzivliyin təşviqi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi və əlçatan şəhər mühitinin formalaşdırılması məsələlərinə diqqət çəkiblər.

Tədbir “Universal dizayn və inklüzivlik: WUF çərçivəsində müyəssərlik, əlilliyi olan şəxslərin və onların təşkilatlarının iştirakı, beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirələri ilə davam edib.

Panel sessiyasında Cibutinin Milli Əlilliyi olan Şəxslər Agentliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Abdillahi Ali, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və Ərazilərin İnkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova çıxış ediblər.

Bununla yanaşı, İordaniya Senatının üzvü və “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asia Abdel Yaghi, Tacikistan Əlilliyi olan Şəxslər Milli Komitəsinin rəhbəri Asadullo Zikrikhudoev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Risk Təhsili və Mina Qurbanları ilə İş şöbəsinin müdiri Ramil Əzizov da paneldə iştirak ediblər.

Həmçinin videoformatda UNESCO Sülh Namizədi, Earth Savers DREAMS Ansamblının direktoru və Filippin Təhsil Teatrları Assosiasiyasının (PETA) təsisçisi Cecile Guidote-Alvarez çıxış edib.

Panel iştirakçıları inklüziv şəhərsalmanın aktuallığını vurğulayıblar. Onlar əlilliyi olan şəxslər üçün müyəssər və təhlükəsiz mühitin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və universal dizayn prinsiplərinin tətbiqinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının müyəssərlik sahəsində həyata keçirdiyi fəaliyyətləri əks etdirən materiallar nümayiş olunub. Eyni zamanda əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi də iştirakçılara təqdim edilib.

Previous Post

“ABŞ və İran razılaşmaya yaxındır” – Tramp

Next Post

Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

Bənzər yazılar

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq...

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38

Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə...

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26

“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə...

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44

Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Elchi.az xəbər verir ki, bu barədə nazir Anar...

Next Post
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

Əsədovdan beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar

Əsədovdan beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.