Azərbaycanın daha bir boksçusu U19 Avropa çempionatında yarımfinala yüksələrək özü üçün azı bürünc medalı təmin edib.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Əli Baxışov 1/4 finalda Slovakiya təmsilçisi Kristian Haraşiki 4:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Boksçumuz avqustun 20-də finala vəsiqə uğrunda türkiyəli Furkan Avarla qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl 48 kq çəki dərəcəsində çıxış edən Banuçiçək Nəsirli də yarımfinala vəsiqə qazanıb. O, avqustun 20-də finala yüksəlmək üçün irlandiyalı Ellen Coysla gücünü sınayacaq.




















