"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
in CƏMİYYƏT
FacebookVatsap

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib.

Bunu da oxuyun

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Elchi.az xəbər verir ki, o, abituriyentlərin ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərdən istifadə etməyə tələsməməli, ilk növbədə DİM-in təqdim etdiyi ödənişsiz məsləhət imkanlarından yararlanmalı olduqlarını bildirib.

M.Abbaszadənin sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Xidmətin ödənişsiz olması isə yalnız ümumi məlumatların təqdim edilməsi demək deyil. Məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər əsasında verilir.

“Həmin mərkəzlərdə ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər. Buna görə də abituriyentlər əvvəlcə rəsmi məsləhət xidmətindən yararlanmalı, yalnız bundan sonra əlavə dəstəyə ehtiyaclarının olub-olmadığını müəyyənləşdirməlidirlər”.

M.Abbaszadə ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərin özlərinə bir neçə əsas sual vermələrinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, abituriyent ilk növbədə nə istədiyini, topladığı nəticənin hansı seçimlərə imkan verdiyini, cari ilin statistik göstəricilərinin hansı ehtimalları ortaya qoyduğunu, seçiminin məsuliyyətini nə dərəcədə üzərinə götürməyə hazır olduğunu və əsas seçimi baş tutmadığı halda hansı alternativinin olduğunu müəyyənləşdirməlidir.

DİM sədri bildirib ki, ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını abituriyentlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.

M.Abbaszadə abituriyentlərə müəyyən ixtisasa qəbul olunacaqları ilə bağlı verilən zəmanətlərə inanmamağı da tövsiyə edib.

“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə “keçid balları ilə bağlı məndə xüsusi məlumat var”, “nəticəni əvvəlcədən bilirəm” və ya buna bənzər vədlər verirsə, buna inanmayın”, – DİM sədri vurğulayıb.

O qeyd edib ki, qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıq və hamı üçün əlçatandır. Heç kimin digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyənləşdirməyə imkan verən məlumatı yoxdur.

M.Abbaszadənin sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması bu xidmətə olan tələbatı göstərir.

DİM sədri abituriyentləri ixtisas seçimi zamanı tələskənliyə yol verməməyə də çağırıb:

“İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz”.

Previous Post

İstanbul aeroportu rekord qırıb

Next Post

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Bənzər yazılar

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

23 Oktyabr 2026 - 16:17

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 21-ci məhəlləsində sakinlərlə növbəti səyyar qəbul keçirib. Elchi.az xəbər verir ki, qəbulda...

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43

Bakı Metropoliteni QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin ortasına qədər tam istismara verilməsi hədəflənir. Elchi.az xəbər verir ki, bunu Report-a...

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Elchi.az xəbər verir...

Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

23 Oktyabr 2026 - 13:42

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin...

Next Post
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

"Bu üç ölkədən birinə hücum edilərsə..." - Ərdoğan

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

23 Oktyabr 2026 - 16:17
“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

23 Oktyabr 2026 - 16:07
“Özümü yaşlı hesab etmirəm” – Tramp

“Özümü yaşlı hesab etmirəm” – Tramp

23 Oktyabr 2026 - 16:00
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

23 Oktyabr 2026 - 15:42
Zelenski istefaya çağırıldı

Zelenski istefaya çağırıldı

23 Oktyabr 2026 - 15:30
Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16
AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA klub rəhbərinə ağır cəza verdi

23 Oktyabr 2026 - 15:08
Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

23 Oktyabr 2026 - 15:00
Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

23 Oktyabr 2026 - 14:52
“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

23 Oktyabr 2026 - 14:30
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

23 Oktyabr 2026 - 14:14
Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07
Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.