Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə verdiyi müsahibədə Rusiyanın artan ballistik raket hücumlarının qarşısını almaq üçün lazım olan hava hücumundan müdafiə raketlərinin yalnız onda birinə sahib olduqlarını söylədi.
Elchi.az xəbər verir ki, Zelenski günlərini intensiv diplomatik fəaliyyətlə və hava hücumundan müdafiə sursatı almaq üçün telefon danışıqları ilə keçirdiyini bildirdi.
“Qışı keçirmək üçün 5 faiz kifayətdir”
Rusiyanın son həftələrdə ballistik raket hücumlarını sürətlə artırdığını və xüsusilə paytaxt Kiyevi hədəf aldığını qeyd edən Zelenski, ehtiyatların tükənməyə yaxınlaşdığını bildirdi.
Ukrayna lideri dedi: “Bu il 2025-ci ildəkidən iki yarım dəfə az tutucu raketimiz var. Digər tərəfdən, Rusiya ayda iki dəfə çox ballistik raket istehsal edir. ABŞ bizə ehtiyatlarının 5 faizini satarsa, qışı keçirə və insanların həyatını xilas edə bilərik. Əgər bizə 10 faizini satarlarsa, bütün Rusiya ballistik raketlərini məhv edə bilərik. Hal-hazırda məndə yalnız 1 faiz var.”
Qlobal sursat çatışmazlığına toxunan Zelenski, ABŞ-ın Yaxın Şərqdəki münaqişələrdə raketlərdən geniş istifadəsinin Ukraynaya çatdırılmalara mənfi təsir göstərdiyini vurğuladı.
Şayəstə




















