Beynəlxalq bazarlarda 2026-cı ilin iyul ayında qiymətli metalların qiymətində aylıq azalma qeydə alınıb. Bununla belə, həm qızıl, həm də gümüş üzrə qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək səviyyədə qalır.
Bu barədə Elchi.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Bununla yanaşı, 2026-cı ilin ikinci rübündə qızılın orta qiyməti bir troya unsiyası üçün 4 512 ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37% çoxdur. Gümüşün orta qiyməti isə 73,5 ABŞ dollarına yüksələrək ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,1% artıb.
Dünya Bankının məlumatına görə, 2025-ci ildə də qiymətli metallar üzrə artım tendensiyası davam edib. Belə ki, qızılın orta illik qiyməti 3 442 ABŞ dolları olmaqla 2024-cü illə müqayisədə 44,1% yüksəlib. Gümüşün orta illik qiyməti isə 39,8 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 40,6% çoxdur.





















