Çinin Ticarət Nazirliyi çərşənbə günü “Applied DNA Sciences” də daxil olmaqla altı ABŞ qurumuna qarşı əks tədbirlər görmək qərarını açıqladı.
Elchi.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, çərşənbə günü qüvvəyə minən bu əks tədbirlər ABŞ-ın Çin şirkətlərinə qarşı məcburi əmək bəhanəsi ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq qəbul edilib.
Ticarət Nazirliyi bildirib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları ciddi şəkildə pozur və Çinin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını sarsıdır.
Yeganə





















