Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclis sədrinin müavini və İdarə Heyətinin üzvü Bəhruz Cabbarlını 55 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Bəhruz bəy! Sizi, yubileyiniz münasibətilə təbrik edirəm!
Siz, Milli Azadlıq Hərəkatının fəal üzvlərindən olaraq, ölkəmizdə hüquqi, demokratik dövlət qurulması istiqamətində xidmətlər göstərmiş, siyasi fəaliyyətinizdə daim birlik və bərabərlik tərəfdarı olmuş, bütövlük prinsiplərinə sadiq qalmısınız.
Partiyamızın rəhbərliyində təmsil olunan şəxs kimi nümunəvi fəaliyyətinizlə seçilmiş və daim fəallıq nümayiş etdirmisiniz.
Təkcə siyasətçi kimi deyil, eyni zamanda pedaqoq kimi də də uğurlu fəaliyyətinizlə fərqlənirsiniz.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!”.
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...





















