Peskov: Putin İranın Ali Lideri Xamenei ilə təmaslara açıqdır.
Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İranın yeni Ali Lideri Müctəba Xamenei ilə təmaslara açıqdır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a verdiyi müsahibədə bildirib.
Lakin Kremlin sözçüsü qeyd edib ki, bu məsələ ilə bağlı İran tərəfi ilə hələlik konkret razılaşmalar əldə edilməyib.
İyulun 18-də İrandakı mənbə agentliyə bildirib ki, Xameneinin ilk beynəlxalq əlaqəsi telefon danışığı və ya Putinlə görüş ola bilər. Lakin ABŞ və İsrail ilə müharibə davam etdiyi müddətcə ayətullah ictimaiyyət qarşısına çıxmayacaq.
Müctəba Xamenei 2026-cı ilin mart ayının əvvəlində atası Əli Xameneinin ABŞ və İsrailin raket zərbələri nəticəsində ölümündən sonra İranın Ali Lideri olub. ABŞ prezidenti Xameneini “peşəkar” adlandırıb və əlavə edib ki, onun “yaxşı nüfuzu” var. İyulun əvvəlində yeni ayətullah atasının, eləcə də ABŞ və İsraillə münaqişədə həlak olanların hamısının qisasını alacağına açıq şəkildə and içdi.
Şayəstə





















