Çexiya bir sıra hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması ilə bağlı İsraillə danışıqlar aparır.
Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Çexiyanın xarici işlər naziri Petr Matsinkanın bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Praqa “Spyder”, “Arrow” və digər HHM sistemlərini almaq imkanını nəzərdən keçirir.
“Bəli, biz İsraillə HHM sistemlərini müzakirə edirik, çünki onlar texnoloji baxımdan qabaqcıldır”, – Matsinka bildirib.





















