"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

13 İyul 2026 - 20:38
in MANŞET
FacebookVatsap

Uzun illər işğal həyatı yaşayan Şuşa bu gün Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olaraq beynəlxalq forumların, açıq dialoqun və multikultural dəyərlərin qovuşduğu nüfuzlu məkandır. Tarixi şəhəri qarşıdurma meydanından çıxararaq yenidən azadlığına qovuşduran Prezident İlham Əliyev dünyaya göstərdi ki, Şuşa sülhün, dialoqun və bəşəri dəyərlərin yaşadığı şəhərdir. Azərbaycan xalqının öz tarixi torpaqlarında ucaltdığı bu şəhər əsrlər boyu elm, mədəniyyət, sənət və mənəviyyat mərkəzi kimi formalaşıb. Bu gün Şuşa həmin tarixi missiyanı yeni çağırışlara uyğun davam etdirir, dünyanın müxtəlif ölkələrindən gələn fikir və baxışları eyni platformada bir araya toplayır, beynəlxalq dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu ədalət, sülh və qarşılıqlı anlaşma mesajları ilə müxtəlif baxışları eyni platformada bir araya gətirərək humanizm kimi ali dəyərlərin təbliğinə töhfə verir.

Bunu da oxuyun

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

ƏHD Partiyasının təbrik bəyanatı

Tramp: “Rusiya da mülki əhalisini itirir”

Bu dəfə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum yenə də dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu media nümayəndələrinin, rəsmi şəxslərin, beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin və kommunikasiya sahəsində tanınmış mütəxəssislərin görüş ünvanı oldu. Şübhəsiz ki, sülhün təşviqində medianın missiyası əvəzolunmazdır. Həqiqətin bərpası və etimadın yenidən qurulması obyektiv, məsuliyyətli və peşəkar medianın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Təsadüfi deyil ki, hibrid təhdidlər və münaqişələrlə üz-üzə qalan müasir dünyanın bu aktual problemi məhz Şuşada geniş müzakirə olundu. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və iştirakçıların suallarına verdiyi ətraflı cavablar dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi. Dövlət başçısının mesajları qlobal gündəmdə geniş əks-səda doğuraraq beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandı.
Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərinə toxunaraq bildirdi ki, ölkəmizin yürütdüyü siyasət hər zaman sağlam əməkdaşlığın möhkəmləndirilməsinə, regionda etimad mühitinin gücləndirilməsinə və qonşu dövlətləri narahat edən məsələlərin qarşılıqlı dialoq yolu ilə həllinə yönəlib. Dövlət başçısı vurğuladı ki, məhz bunun davamı olaraq Şuşada keçirilən Qlobal Media Forumunda da səmimi dialoq, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşdırılmasına çalışılır. Dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin və beynəlxalq iştirakçıların eyni platformada bir araya gəlməsi də bu məqsədə xidmət edir. Dünyanın real siyasi mənzərəsini təhlil edən dövlətimizin başçısı Azərbaycanda mövcud olan milli birliyin sarsılmaz olduğunu bildirdi və qeyd etdi ki, belə bir həmrəylik nümunəsinə dünyanın çox az ölkəsində rast gəlmək mümkündür. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq aləmlə siyasi və iqtisadi əlaqələrindən, eləcə də regional əməkdaşlığın inkişafına xidmət edən ardıcıl siyasətdən bəhs etdi. Xüsusilə, Birləşmiş Ştatlarla münasibətlərin perspektivlərinə toxunan dövlət başçısı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalması və beynəlxalq ictimaiyyətin bu ədalətsizliyə göz yumması uzaq keçmişin hadisəsi deyil. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində ölkəmizə qarşı hərbi təcavüz davam etdirildi. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu, tarixi ədalət bərpa edildi. Beləliklə, Azərbaycan həqiqətin bərpası və etimadın yenidən qurulması istiqamətində dünyaya nümunə təqdim edərək regionda yeni siyasi reallıqlar formalaşdırdı, davamlı sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaratdı. Bu beynəlxalq hüquqa əsaslanan qətiyyətli siyasətin, güclü liderliyin və milli birliyin ədalətin bərqərar olmasına, etimadın möhkəmlənməsinə və sabit gələcəyin qurulmasına xidmət etdiyini aydın şəkildə nümayiş etdirdi. Məhz buna görə Şuşada IV Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq informasiya məkanında açıq müzakirəsinə çevrildi. Şuşadan səslənən fikirlər göstərdi ki, həqiqəti gizlətməyə hesablanmış informasiya manipulyasiyaları uzunömürlü olmur, etimad isə ədalətə, şəffaf dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən doğur. Forum müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri üçün Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqları yerində görmək, onları obyektiv qiymətləndirmək və beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm imkan yaratdı.
İşğaldan, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi prosesə şahidlik edən Şuşa Prezident İlham Əliyevin liderliyi ilə bu gün dünyaya sülhün, ədalətin və etibarlı əməkdaşlığın mümkün olduğunu nümayiş etdirdi. Necə ki, Azərbaycan bunu bacarmışdı!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı 

Previous Post

Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub

Next Post

ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

Bənzər yazılar

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Tramp: “Rusiya da mülki əhalisini itirir”

Tramp: “Rusiya da mülki əhalisini itirir”

06 Noyabr 2026 - 11:37

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı Rusiya və Ukrayna arasındakı münaqişədə mülki əhalinin həlak olması məsələsinə toxunub....

Vensi qumarbazla müqayisə etdilər

Vensi qumarbazla müqayisə etdilər

05 Noyabr 2026 - 16:00

İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf ABŞ-ın vitse-prezidenti J.D.Vensi uduzmağa davam edən, lakin masadan ayrıla bilməyən qumarbazla müqayisə edib. Elchi.az...

Next Post
ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

06 Noyabr 2026 - 16:00
İnəkdən sağılan süd də uçota alınacaq

İnəkdən sağılan süd də uçota alınacaq

06 Noyabr 2026 - 15:51
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

06 Noyabr 2026 - 15:42
Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

06 Noyabr 2026 - 15:30
Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

06 Noyabr 2026 - 15:16
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08
Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

06 Noyabr 2026 - 15:00
Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

06 Noyabr 2026 - 14:53
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

06 Noyabr 2026 - 14:50
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06 Noyabr 2026 - 14:44
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

06 Noyabr 2026 - 14:30
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24
Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

06 Noyabr 2026 - 14:14
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

06 Noyabr 2026 - 14:07
Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.