"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan Avropa İttifaqına üzv digər ölkələrlə də qaz ixracına dair danışıqlar aparır

13 İyul 2026 - 10:11
in SİYASƏT
FacebookVatsap

Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq.

Bunu da oxuyun

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

 

“Bu il Almaniya və Avstriyaya qaz tədarükünə başladıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirmək istiqamətində həyata keçirdiyimiz ümumi strategiyanın bir hissəsidir. Avropa bazarı premium bazardır. Burada qiymətlər daha əlverişlidir. Buna görə də biz bazardakı iştirakımızı genişləndirməkdə çox maraqlıyıq. Hazırda Azərbaycan qazını boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac edir. Boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə dünyada birinci yerdəyik. Bununla da kifayətlənmirik. Hazırda Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq. Yəni həm yeni tədarük, həm də həcmlərin artırılması ilə bağlı müraciətlər alırıq”, – dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, bugünkü enerji bazarında Azərbaycanın etibarlı, proqnozlaşdırıla bilən və alternativ mənbə kimi qazı əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır: “Bizim hasilatı və ixracı artırmaq potensialımız var. Cəmi bir ay əvvəl “Azəri–Çıraq–Günəşli” yatağının Dərin Qaz layihəsi üzrə hasilata başladıq. Mövcud yataqlarda da iş proqramına və investisiya portfelinə uyğun olaraq hasilat artacaq.

Bundan başqa, bərpa olunan enerji sahəsində də böyük işlər görülür. Artıq bu mənbələr bizə xeyli həcmdə təbii qaza qənaət etməyə imkan verir və gələcəkdə bu rəqəm daha da artacaq. 2032-ci ilə qədər bərpa olunan enerji mənbələri üzrə 8 giqavat gücə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisi istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr təbii qazın qənaət olunmasına imkan verəcək və həmin həcm ixrac üçün əlçatan olacaq.

Beləliklə, bizim iki mühüm üstünlüyümüz var: artan qaz hasilatı və mövcud bazar. İndi əsas məsələ bu iki amili birləşdirən nəqliyyat infrastrukturunu genişləndirmək və modernləşdirməkdir. Mövcud qaz nəqli infrastrukturu 2022-ci ildən əvvəlki ssenariyə əsasən layihələndirilib və inşa olunub. Boru kəmərlərinin ötürücülük qabiliyyəti o dövrdəki hasilat proqnozları və yataqların işlənməsi strategiyası nəzərə alınmaqla müəyyənləşdirilmişdi.
Çünki qazı istəsəniz 10 ilə də çıxarmaq olar, 100 ilə də. Bizim üçün daha məqsədəuyğun olan hasilatı onilliklər ərzində sabit saxlamaq idi, yoxsa daha çox sərmayə yatıraraq daha qısa müddətdə daha çox qaz hasil etmək? Strategiyamız buna uyğun qurulmuşdu”.

Prezident qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına Avropada tələbat kəskin şəkildə artıb: “Avropa Komissiyası bizə müraciət edərək, hasilatı mümkün qədər tez artırmağımızı xahiş etdi və biz bunu etdik.

Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı da elan olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz ixracımız 65 faiz artıb. Bu artım gələcəkdə də davam edəcək. Buna görə də mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin əsas maneə Avropa İttifaqının Yaşıl Gündəliyidir. Avropa bankları artıq fosil yanacaq layihələrinin maliyyələşdirilməsinə həvəs göstərmirlər. Buna görə də əsas sual budur: nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün maliyyə vəsaitini haradan cəlb etmək olar?”

Azərbaycan Prezidenti əlavə edib ki, boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması da vacibdir: “Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Məhz bu mövzunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə də müzakirə etdik. Bizə uzunmüddətli müqavilələr lazımdır. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün böyük həcmdə investisiyalar yatırmalıyıq. Əgər müəyyən müddətdən sonra bizə “təşəkkür edirik, artıq sizin qazınıza ehtiyacımız yoxdur” deyilərsə, o zaman yatırdığımız investisiyalarla nə etməliyik? Buna görə də iki əsas məsələ var: uzunmüddətli müqavilələrin bağlanması və qaz nəqli sisteminin ötürücülük qabiliyyətinin genişləndirilməsi.

Bundan əlavə, bazarların şaxələndirilməsi də böyük əhəmiyyət daşıyır. Biz artıq əvvəllər heç düşünmədiyimiz bir bazara – Suriyaya qaz ixracına başlamışıq. Gələcəkdə Suriya üzərindən qonşu ölkələrə də qaz tədarükünü genişləndirmək imkanımız var. Həmin regionda enerji resurslarına böyük tələbat mövcuddur. Bu baxımdan, Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün ən vacib məsələlər uzunmüddətli müqavilələrin imzalanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsidir”.

Previous Post

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Next Post

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb

Bənzər yazılar

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09

ABŞ bu qış Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır. Elchi.az xəbər...

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11

Ermənistan ilə Latviya Ermənistan Respublikası və Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icrasına dair protokol imzalayıb....

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08

“Gürcüstanın Azərbaycan və Ermənistanla çox sıx münasibətləri var”. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında...

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18

Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb

Azərbaycan Prezidenti: Həmişə ABŞ-la yaxşı münasibətlər qurmaq istəmişik, Trampa dərin minnətdarlığımızı bildiririk

Azərbaycan Prezidenti: Həmişə ABŞ-la yaxşı münasibətlər qurmaq istəmişik, Trampa dərin minnətdarlığımızı bildiririk

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Quldurlar yenidən ortaya çıxmağa başlayıb

Quldurlar yenidən ortaya çıxmağa başlayıb

08 Sentyabr 2026 - 11:24
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

08 Sentyabr 2026 - 11:16
Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

08 Sentyabr 2026 - 11:03
Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

08 Sentyabr 2026 - 10:54
“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52
ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50
Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34
Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

08 Sentyabr 2026 - 10:26
Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 - 10:18
Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09
FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

08 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.