ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya xərcləmələrini tənqid edərək dedi: “ABŞ-ın münasibətlərin qarşılıqlı olmadığı birtərəfli yolla getməsi gülüncdür”.
Elchi.az xəbər verir ki, sosial media paylaşımında Tramp ABŞ və digər ölkələrin NATO-ya xərcləmələrini göstərən bir şəkil paylaşdı.
Prezident Tramp dedi: “ABŞ-ın münasibətlərin qarşılıqlı olmadığı birtərəfli yolla getməsi gülüncdür. Onlar bizim tərəfimizdə deyildilər”.
Əvvəlki paylaşımda Tramp həmçinin bildirmişdi ki, ABŞ digər ölkələrlə müqayisədə Alyansın qorunması üçün NATO-ya “ən çox pul xərcləyir” və bu vəziyyətdən heç bir fayda əldə etmir.
Şayəstə





















