2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.
Elchi.az xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
15-ci dəqiqədə Yeni Zelandiya hesabı açıb. Surmanın qolu ilk hissənin hesabını müəyyənləşdirib: 1:0.
İkinci hissədə Misir geridönüş etməyi bacarıb. Sırasıyla Ziko, Salah, Trezege fərqlənib. Görüş Afrika təmsilçisinin qələbəsiylə başa çatıb: 3:1
G qrupunun digər oyununda Belçika və İran milliləri qolsuz heç-heçə ediblər.
DÇ-2026
G qrupu, II tur
22 iyun
04:00. Yeni Zelandiya – Misir 1:3
Yeni Zelandiya: Krokomb, Peyn, Surman, Boksall, Kakase, Bell, Stameniç, Makkovat, Sinqh, Cast, Vud
Misir: Şobeir, Hani, İbrahim, Fathi, Fatuh, Attia, Laşin, Aşur, Zizo, Salah, Marmuş





















