İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyə əyalətində şiə “Hizbullah” təşkilatının dayaq məntəqələrinə zərbələr endirib, nəticədə 16 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə TASS agentliyinə daxil olan Hökumətin Fövqəladə Hallar Qərargahının hesabatında məlumat verilir.
Mətndə qeyd olunur ki, “Xarruf kəndinə edilən hava hücumunun qurbanları 8 dinc sakin olub. Əş-Şərqiyədə həyata keçirilən hava reydi zamanı bir ev dağılıb, 4 nəfər ölüb, Kfar-Sirə edilən hücumda isə daha 3 nəfər həyatını itirib”.
Ehtimalən “Hizbullah” üzvü olan bir nəfərin həlak olması barədə məlumat isə Əd-Duveyrdən daxil olub; burada İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) motosikleti hədəf alıb.
Məryəm





















