“Birləşmiş Ştatlar bundan sonra Yaxın Şərq ölkələrindən bölgədəki hərbi bazaları üçün sipər kimi istifadə edə bilməyəcək və bir dənə də olsun təhlükəsiz sığınacaq tapa bilməyəcək”.
Elchi.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Müctəba Xamenei bildirib.
“Bir şey dəqiqdir: zamanın əlləri geri dönməyəcək, bölgə xalqları və ölkələri artıq Amerika bazaları üçün sipər kimi xidmət etməyəcək. ABŞ-ın nəinki bölgədəki intriqaları və hərbi bazaları üçün təhlükəsiz sığınacağı olmayacaq, həm də hər keçən gün mövqelərini daha çox itirir”, – o qeyd edib.
Xamnei bütün müsəlman ölkələrini bütün problemləri birgə həll etmək üçün dostluğu, əməkdaşlıq və qarşılıqlı dəstəyi təşviq etməyə çağırıb.
Yeganə





















