"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Müstəqil Azərbaycan — azad ruhumuzun əbədi rəmzi

25 May 2026 - 14:08
in XƏBƏR LENTİ
FacebookVatsap

Hər bir fərd üçün azadlıq istəyi ən sağlam məfkürədir, azad olmaq arzudur, bütövlükdə xalq üçün azad yaşamaq isə milli xoşbəxtlikdir. Ötən əsrin əvvəllərində mürəkkəb geosiyasi vəziyyətdə azadlıq aydınlarımız bütün çətinliklərə baxmayaraq müsəlman Şərqində ilk demokratik cümhuriyyət yaratmaqla azad yaşamağımızı dünyaya bəyan etdilər. Bu şərəfli tarix xalqımızın milli iradəsinin, mübarizə əzminin və dövlətçilik ənənələrinin parlaq nümunəsi oldu. Xalq Cümhuriyyəti millətimizə müstəqillik ruhu, demokratik dəyərlər və milli birlik ideyası aşıladı, sübut etdi ki, xalqımız üçün azad yaşamaq milli kimliyimizin əsas prinsiplərindən biridir. Bu prinsipin nəticəsi olaraq ruhumuzun dirçəlişinə, könül dünyamızın sevincinə çevrilən üçrəngli bayrağımızı əngin səmalarda qürurla seyr etdik, onun sevgisi ruhumuzu titrətdi. Odlar yurdunun əbədiyaşarlıq rəmzi kimi dalğalanan bayrağımız hilaldan, aydan da gözəl görünərək qəlbimizə məlhəm oldu. Kim bilərdi ki, küləklərlə çarpışan o müqəddəs bayraq çox keçmədən düşmənlə savaşın şahidinə çevriləcəkdi.

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

Millətin arzusunu reallaşdıran AXC cəmi iki il yaşadı. İmperiya cəlladları tərəfindən qətl olunan azad ölkəmiz işğal olundu. Xüsusi amansızlıqla bayrağımız endirildi, məfkurə daşıyıcılarımıza isə divan tutuldu, aydınlarımız ən amansız repressiya siyasətinə məruz qaldılar. Amma unutmadıq, azadlıq sevgimizi ürəyimizdə gizlətdik və zamanı gözlədik. 70 il əsarət altında yaşasaq da yabançı hakimiyyətin ağır ideoloji basqısı altında milli kimliyimizi itirmədik, dilimizi, mədəniyyətimizi və yaddaşımızı qoruyaraq mübarizəni davam etdirdik. Bu uzun illər boyunca azadlığa susamış milli ideya sönmədi. Nəhayət, XX əsrin sonlarında milli düşüncə ilə ayağa qalxan xalqımız imperiyanın ən ağır cəzalarından çəkinməyərək azad yaşamaq haqqını tələb etdi. 20 Yanvar faciəsində azadlıq istəyinə süngü və silahla cavab verən cəlladlar xalqın iradəsini qırmağa, milli azadlıq düşüncəsini boğmağa çalışdılar. Lakin tökülən qan, verilən şəhidlər Azərbaycan xalqının mübarizə əzmini daha da gücləndirdi. Xalq canı və qanı bahasına öz müqəddəratını müəyyən etdi, milli dövlətçilik ideyası yenidən dirçəldi və əsrlərlə yaşadılan azadlıq arzusu müstəqil Azərbaycan gerçəyinə çevrildi. Amma təəssüf ki, Azərbaycanın o dövrdəki iqtidarının yanlış siyasəti nəticəsində xalqımız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hökm sürən xaos, siyasi qarşıdurmalar və idarəolunmaz proseslər tarixi dövlət müstəqilliyimizi ciddi təhlükə altına saldı. Məhz belə bir taleyüklü məqamda xalqımızın böyük və əvəzolunmaz oğlu Heydər Əliyev xalqın tələbi və iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq dövlətimizin və müstəqilliyimizin xilaskarına çevrildi. Böyük öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, ölkədə sabitlik bərpa edildi, dövlətçilik ənənələri qorundu və müasir Azərbaycanın güclü inkişaf yolunun təməli qoyuldu. Müstəqillik, azadlıq xilaskarımız kimi Heydər Əliyev xaos və parçalanmalar ölkəsi üzərində tarixinin ən qüdrətli dövlətini quraraq ölümsüzlük qazandı. Əsrin əvvəllərində endirilən bayraq yenidən xalqın taleyinə qayıtdı. Bir dəfə yüksələn o müqəddəs bayraq Ulu öndər Heydər Əliyevin qətiyyəti və dövlətçilik iradəsi ilə bir daha enmədi. Əksinə, illər keçdikcə daha da ucalaraq xalqımızın azad nəfəsinin, müstəqil ruhunun və sarsılmaz qürurunun rəmzi oldu. Prezident İlham Əliyev isə Azərbaycanı siyasi, iqtisadi və hərbi qüdrəti ilə regionun lider dövlətinə çevirərək ölkəmizi layiq olduğu zirvəyə qaldırdı. O zirvədə, Vətənin hər guşəsində dalğalanan Azərbaycan bayrağı güclü dövlətimizin, milli birliyimizin, sarsılmaz iradəmizin və əbədi müstəqilliyimizin, qürurumuzun ucalan simvolu oldu.
Xalq Cümhuriyyətinin qurucularının xəyal etdiyi qüdrətli və müstəqil dövlət Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü ordusu və tarixi zəfərləri ilə daha da möhkəmləndi, dünyanın sayılıb-seçilən ölkələri sırasında öz layiqli yerini aldı. Bu gün artıq dünya Azərbaycanla hesablaşır, ölkəmiz qlobal problemlərin müzakirə olunduğu və mühüm qərarların verildiyi nüfuzlu məkanlardan biridir. Müstəqilliyin qüdrəti və dövlət böyüklüyü də məhz budur.

Müstəqilliyimiz tarixin sınaqlarını aşaraq ən etibarlı dayanacaqda qərarlaşıb, bir daha xain küləklər üstümüzə əsməyəcək. Bayrağımızı qorumağa qadirik. Qarşıda çoxəsrlik tariximizdə ilkə imza ataraq Vətəni ucaldan Sərkərdə, arxada isə Lider–Xalq birliyinin sarsılmaz vəhdəti dayanıb. Uğrunda can verməyi şərəf bildiyimiz Azərbaycanın müstəqilliyi isə Ulu öndərin qeyd etdiyi kimi əbədi, dönməz və sarsılmazdır!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Previous Post

“İran dünyanı nüvə silahı əldə etmək istəmədiyinə əmin etməyə hazırdır” – Pezeşkian

Next Post

Şagird “İdrak”dakı müəllimi buna görə güllələyibmiş – AÇIQLANDI

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post
Şagird “İdrak”dakı müəllimi buna görə güllələyibmiş – AÇIQLANDI

Şagird "İdrak"dakı müəllimi buna görə güllələyibmiş - AÇIQLANDI

Messi ilə bağlı pis XƏBƏR

Messi ilə bağlı pis XƏBƏR

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.