"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

19 May 2026 - 23:02
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Elchi.az xəbər verir ki, Türkiyənin “TRT Haber”, “Milliyet”, “Hibya”, “T24”, “DHA”, “Günebakış” və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib.

Xəbərlərdə Prezident İlham Əliyevin “Ağıllı şəhər” və “Yaşıl zona” vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. “DND”, “Radio Pakistan”, “Dawn”, “AAJ TV”, “The Diplomatic Insight”, “Dunya News”, “Pakistan Today” və digər nəşrlərdə yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib.

Səudiyyə Ərəbistanının “Al Yaum”, “Ajel”, “Al Hadath”, “Sabq”, “Al Bilad”, “Al Jazirah”, “Al Madina”, “Saudi Gazette”, “Eye of Riyadh” nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib.

Birləşmiş Ərəb Əmirliklərinin “Voice of Emirates”, “Al-Ain”, “Al-Watan”, “Menafn”, Küveytin “Q8 Press”, Bəhreynin “News of Bahrain”, Qətərin “Mshireb”, “Al Raya”, “QNA”, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin rəsmi portalı (GCC-SG.org) və digər WUF13-də mənzil böhranı ilə bağlı aparılan müzakirələrin, irəli sürülən həll yollarının bu sahədə aktual məsələlərin həlli baxımından önəmi vurğulanıb, Körfəz dövlətlərinin tədbirdə fəal iştirak etdiyi qeyd olunub.

Qazaxıstanın “Almaty TV”, “Vecher.kz”, “Kursiv.media”, “Kazinform”, “Astana Times”, “Smi24.kz”, “KzVesti” media qurumları Baş nazir Oljas Bektenovun Bakıdakı çıxışını və qardaş ölkənin Azərbaycanın “Yaşıl şəhər” strategiyasına dəstəyini geniş işıqlandırılıb.

Özbəkistanın “Uzdaily”, “Zamin.uz”, “Eurasian Star” nəşrləri də Prezident Şavkat Mirziyoyevin forumda iştirakını və dayanıqlı şəhər inkişafı ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsləri geniş işıqlandırıb.

Qırğızıstanın “Reporter.kg”, “Kabar.kg”, “Sputnik.kg”, “24.kg”, “7tv.kg”, “Kg.akipress.org”, “Jambylinfo.kz” media qurumları Prezident Sadır Japarovun Bakıdakı çıxışına və Beynəlxalq Dağlıq Şəhərlər Assosiasiyasının yaradılması təklifinə geniş yer ayrılıb. Xəbərlərdə Azərbaycanın bu təklifi dəstəkləməsi və tədbirin yüksə səviyyədə təşkili məmnunluqla qeyd edilib. Azərbaycanın təşkilatçılıq sahəsində böyük təcrübəsi qırğız mediasında yüksək qiymətləndirilib.

Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin WUF13-də çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib. Bu ölkənin “Interpressnews.ge”, “Bpn.ge”, “Kvira.ge”, “Exclusivenews.ge”, “Mix.metronome.ge”, “Palitranews.ge”, “Palitranews.ge”, “Timer.ge”, “Newshub.ge”, “Aktual.ge”, “Qafqazturk.kom”, “24news.ge”, “Interpress.ge”, “Realnews.ge” portalları, “1tv.ge”, “Rustavi 2”, “Georgia Today”, “Civil.ge”, “Imedi News” media qurumları WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar.

Meksikada yayımlanan “Candelero”, “Proceso”, “Mundo de Mujeres”, “La Octava”, “MVS Noticias”, “El Universal”, “Heraldo de Mexico”, “Imagen Radio”, “Consulta Monterrey”, “Publimetro” nəşrlərdə dərc olunan xəbərlərdə Mexiko şəhərinin meri Klara Bruqadanın sessiya çərçivəsində Meksika pavilyonunun açılışını etməsinə və Azərbaycanın şəhərsalma modelini yüksək qiymətləndirməsinə geniş yer verilib.

Argentinanın “Infoquilmes”, “El Sol Noticias”, “News Digitales” nəşrləri bu ölkənin nümayəndə heyətinin WUF13-də iştirakını və dayanıqlı şəhər inkişafı mövzusunda təqdimatlarını geniş işıqlandırıb.

Braziliyanın “Atual MT”, “Mato Grosso 24 Horas”, “Plantao News”, “Folha Estado”, “Diplomacia Business” media qurumları ölkənin Bakıdakı forumda geniş təmsil olunduğunu və Braziliya nümayəndə heyətinin şəhər inkişafı sahəsində Azərbaycan tərəfi ilə fəal təcrübə mübadiləsi apardığını yazıb.

Çinin “Sinxua”, “Sohu”, “Phoenix News”, “Sina”, “Guilin Life”, “Guangming Daily”, “163.com”, “China.org.cn”, “People.com.cn”, “Huarenshijie” və digər media qurumları Bakının ev sahibliyi etdiyi WUF13-ü qlobal urbanizasiyanın gələcəyini müəyyən edən mühüm hadisə kimi geniş işıqlandırıb.

Yaponiyanın “47 News”, “The Miyanichi”, “AFPBB” nəşrləri WUF13-ün qlobal dayanıqlılıq və rəqəmsal şəhərsalma istiqamətindəki əhəmiyyətindən bəhs edib.

Cənubi Koreyanın “Acrofan” Cənubi Koreya nəşrlərində Bakı Sessiyasının “Ağıllı şəhər” texnologiyalarının tətbiqi sahəsindəki rolu vurğulanıb. Azərbaycanın bu sahədəki sürətli inkişafı və tədbirin təşkilatçılığı Cənubi Koreya ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Məqalədə Bakının gələcək şəhərsalma üçün bir mərkəz kimi əhəmiyyəti qeyd edilib.

Hindistanın “India Nnews” “Bhaskar Hindi”, “IANS Live”, “PSU Connect” mətbu orqanları Bakıdakı sessiyada bu ölkənin dəyişən şəhər mənzərəsini nümayiş etdirməsindən və Azərbaycanın bu imkanı yaratmasından bəhs olunub.

Malayziyanın “Malay Mail”, “Business Today”, “Malaysia Gazette” media qurumları isə ölkənin regional şəhərsalma gündəliyini Bakıda təqdim etməsini və UN-Habitat ilə əlaqələrini gücləndirməsini diqqət mərkəzində saxlayıb.

Nepalın “Taksar News”, “Triveni Times” nəşrləri də WUF13-ün qlobal şəhərsalma problemlərinin həlli üçün mühüm platforma olduğunu vurğulayıb.

İsveçrənin “Swisslatin.ch” nəşri qlobal mənzil çatışmazlığı fonunda Bakıda keçirilən tədbirin beynəlxalq əhəmiyyətindən bəhs edib.

Macarıstanda yayımlanan “2022plusz.hu” nəşri Bakı forumunda səsləndirilən qlobal mənzil böhranına dair xəbərdarlıqlara diqqət çəkib.

Serbiyanın “Biznis.rs”,”Newsmax Balkans” nəşri Prezident Aleksandar Vuçiçin ölkəsini Bakıda uğurla təmsil etməsi və Azərbaycanın bu mötəbər tədbiri təşkil etmək qabiliyyəti barədə fikirləri yer alıb.

Polşanın “WNP.pl”, “PAP MediaRoom” nəşrləri xüsusilə WUF13-ün rəsmi açılış mərasiminə və Prezident İlham Əliyevin şəhərlərin gələcəyi ilə bağlı strateji baxışlarına geniş yer verib.

Albaniyanın “Shqiptarja”, “RTSH” nəşrləri bu ölkənin Baş nazirinin müavini Albana Koçiunun WUF13-ün Liderlər Sammitində çıxışına və Azərbaycanın strateji investisiyalar vasitəsilə şəhərləri necə dəyişdirdiyinə dair fikirlərinə yer verib.

Bolqarıstanın “BNR News” Yunanıstan mətbuatı Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda mühüm qlobal çağırışların edildiyini bildirib. Xəbərdə Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyəli ev sahibliyi və regional liderlik rolu vurğulanıb.

Rusiyanın “Moscow-Baku.ru”, “Vesti Kavkaza” nəşrləri Bakıda keçirilən WUF13-ün üçüncü günündə baş tutan müzakirələr və Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi mövzusunu işıqlandırıb.

Belarusun “ONT”, “Bykhov.gov.by”, “Belta” mətbu orqanlarında yer alan xəbərlərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirin müasir şəhərsalma problemlərinin həlli üçün platforma rolu oynadığı bildirilib.

Cənubi Afrika Respublikasının “Southern Africa Eye News”, “Central News” mediasında nazir Tembi Simelanenin WUF13 çərçivəsində görüşləri və Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətindən bəhs olunub.

Keniyanın “The Standard”, “Nation Africa”, “Eastleigh Voice” nəşrlərində Prezident Uillyam Rutonun WUF13-də fəal iştirakı və Afrikanın şəhərsalma problemləri ilə bağlı çağırışları əks olunub.

Anqolanın “Jornal de Angola”, “Zango.co.ao”, “Gira Noticias”, “O Pais” mətbu orqanları da WUF13 çərçivəsində Anqola pavilyonunun böyük maraqla qarşılandığını və BMT-Habitat ilə əməkdaşlıq imkanlarını işıqlandırıb.

Liviyanın “Libya Alyoum”, “Al Wasat” və digər nəşrlərində Azərbaycanın ev sahibliyi etdiyi sessiyanın müharibədən zərər çəkmiş ərazilərin bərpası ilə bağlı mühüm dialoq və təcrübə mübadiləsi mərkəzi olduğu vurğulanıb.

WUF13 Tacikistan “Khovar”, “Tajikistan News”, Suriyanın “SANA”, İordaniyanın “Al-Bayader”, Somalinin “Goobjoog”, Kubanın “Cuba Si” və digər ölkələrin aparıcı nəşrləri tərəfindən də geniş işıqlandırılıb.

 

Previous Post

Bakıdan Tbilisiyə qatarlar hər gün saat 23:10-da yola düşəcək

Next Post

Ərdoğan Fon der Lyayenlə Türkiyə-Aİ münasibətlərini, regional inkişafları və əməkdaşlığı müzakirə edib

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Next Post
Ərdoğan Fon der Lyayenlə Türkiyə-Aİ münasibətlərini, regional inkişafları və əməkdaşlığı müzakirə edib

Ərdoğan Fon der Lyayenlə Türkiyə-Aİ münasibətlərini, regional inkişafları və əməkdaşlığı müzakirə edib

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.