ABŞ prezidenti Donald Tramp ABŞ və İranın razılaşmaya yaxın olduğunu bildirib.
Elchi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə səhiyyə xidmətlərinə girişlə bağlı tədbir zamanı deyib.
“Razılaşmaya yaxın olduğumuzu düşündüyümüz dövrlərimiz oldu, amma alınmadı. İndi işlər bir az fərqlidir”,-deyə o qeyd edib.
Bundan başqa, ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq ölkələri də razılaşmanın mümkünlüyünə inanır. Tramp həmçinin qeyd edib ki, İran tərəfi ilə geniş danışıqlar aparılır.
Yeganə





















