İraq hərbçiləri İraq ərazisindən Səudiyyə Ərəbistanı istiqamətinə üç pilotsuz uçuş aparatının (PUA) buraxılması barədə hər hansı məlumat almayıblar.
Elchi.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Səudiyyə tərəfinə insidentin birgə araşdırılması xahişi ilə müraciət edib, deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.
“Səudiyyə Ərəbistanına PUA zərbəsi endirilməsi barədə məlumat yayılan kimi, İraqın Hava Hücumundan Müdafiə qüvvələri dərhal yoxlama aparıb. İraq ərazisindən dronların buraxılmasına dair heç bir məlumat əldə olunmayıb və biz hadisənin dəqiq mənzərəsini yaratmaq üçün Səudiyyə tərəfindən bu insidenti birgə araşdırmağı xahiş edirik”, — deyə İraq XİN-in məlumatında qeyd olunur. Nazirlikdən vurğulayıblar ki, Bağdad “regionda vəziyyəti sabitlikdən çıxarmaq və İraqın qonşu ölkələrlə münasibətlərinə xələl gətirmək istiqamətindəki hər bir cəhdi” qəbuledilməz hesab edir.
Ötən gün Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyan edib ki, krallığın HHM sistemləri İraq ərazisindən buraxılan üç PUA-nı zərərsizləşdirib. Hücumun fəsadları barədə məlumat verilməyib.
Məryəm




















