ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı bəyan edib ki, aprelin 13-də İrana qarşı ABŞ blokadası qüvvəyə mindiyi vaxtdan indiyədək onun qüvvələri 70 kommersiya gəmisinin istiqamətini dəyişdirib və 4 gəmini sıradan çıxarıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Bugünkü günə olan məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri müəyyən edilmiş rejimə əməl olunmasını təmin etmək məqsədilə 70 kommersiya gəmisinin istiqamətini dəyişdirib və 4-nü sıradan çıxarıb”, — deyə komandanlığın məlumatında bildirilir.
Məryəm





















