Mərkəzi Bank bank olmayan kredit təşkilatlarına nəzarət tədbirlərini davam etdirir.
Elchi.az xəbər verir ki, tənzimləyici “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı”nın lisenziyasını ləğv edib.
Bu qərar təşkilatın könüllü müraciəti əsasında verilib.





















