"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

DİN və İctimai Şura şəhərsalmanın müasir çağırışları mövzusunda müzakirə keçirib

13 May 2026 - 12:35
in CƏMİYYƏT
FacebookVatsap

12 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə Nazirliklə birgə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib.

Bunu da oxuyun

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

Sabah yağış yağacaq – PROQNOZ

DYP elektroskuter istifadəçilərinə müraciət edib

Tədbir Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və 17–22 may tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) kontekstində təşkil edilib.

İctimai müzakirə ölkəmizin şəhər təhlükəsizliyi sahəsində yanaşmalarının təqdim edilməsi, urbanizasiya, nəqliyyat yüklənməsi, texnoloji inkişaf, ekoloji risklər və fövqəladə hallara hazırlıq kimi faktorlar fonunda şəhər təhlükəsizliyinə kompleks yanaşmanın formalaşdırılması, dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub.

DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində baş tutan müzakirələrdə müvafiq dövlət qurumlarının nümayəndələri, DİN yanında İctimai Şura üzvləri, QHT sektorunun və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı nümayəndələri, ictimai şura sədrləri və vətəndaş cəmiyyəti təşkilatları qatılıblar.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək şəhər mühitində təhlükəsizliyə kompleks yanaşmanın formalaşdırılması və dövlət-ictimaiyyət koordinasiyasının gücləndirilməsi məsələlərinə toxunublar. Xüsusilə urbanizasiya, nəqliyyat yüklənməsi və texnoloji inkişaf fonunda yaranan risklərin qarşısının alınması diqqət mərkəzində olub.

Əliməmməd Nuriyev qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər təhlükəsizliyi sahəsindəki yanaşmalarını dünyaya təqdim etmək, həmçinin urbanizasiya və ekoloji risklər fonunda dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək üçün strateji platformadır.
Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunda (WUF13) QHT-lərin fəal iştirakının milli təcrübəmizin beynəlxalq platformada təqdim edilməsi baxımından vacib olduğunu vurğulayıb. O bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələri Forum müddətində ictimai iştirakçılıq, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal şəbəkələşmə imkanı qazanaraq milli maraqlarımızı təmsil edəcəklər. İlk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu keçiriləcək. Həmçinin, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Forumu və QHT Agentliyinin pavilyonu QHT-lərin istifadəsinə veriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov şəhərsalmada müasir Azərbaycan təcrübəsi, baş planların hazırlanması, müasir şəhərsalma standartları ilə ictimai təhlükəsizliyin kəsişmə nöqtələrindən bəhs edib. O qeyd edib ki, forumun ölkəmizdə keçirilməsi müasir şəhərsalma standartlarının tətbiqi və təhlükəsiz şəhər mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin ölkəmizə transferi baxımından müstəsna əhəmiyyətə malikdir.

DİN yanında İctimai Şuranın üzvü, Polis Akademiyasının müəllimi, polis polkovniki Vaqif Abışov “reaktiv” modeldən “proaktiv” polis modelinə keçid, CPTED (Dizayn vasitəsilə cinayətkarlığın qarşısının alınması) metodunun tətbiqi və “Təhlükəsiz şəhər” sistemində süni intellektin rolu barədə ətraflı məlumat verib. O, həmçinin vətəndaşların təhlükəsizliyin təmin olunmasında aktiv iştirakının vacibliyini vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Müasir, dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılıq” mövzusunda təqdimatla çıxış edib. O, şəhərsalma sahəsində ictimai iştirakçılıq mexanizmləri, hüquqi imkanlar, Azərbaycan və beynəlxalq təcrübə barədə danışıb. Həmçinin, dayanıqlı və təhlükəsiz şəhərsalma prosesində vətəndaş cəmiyyətinin aktiv rolunu və ictimai nəzarət mexanizmlərini təhlil edib. Zaur İbrahimli qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılığın artırılması və yerli vətəndaş cəmiyyəti institutlarının qlobal urbanizasiya proseslərinə inteqrasiyası üçün əvəzolunmaz fürsətdir.

Məruzələrdən sonra keçirilən sual-cavab və müzakirə sessiyasında iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində öz təkliflərini səsləndiriblər.

Əliməmməd Nuriyev bildirib ki, müasir şəhərsalma dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsini tələb edən sosial məsələdir. Şəhər mühitində dayanıqlı təhlükəsizliyin təmin edilməsi vətəndaş cəmiyyətinin, akademik dairələrin və ictimai institutların aktiv iştirakı olmadan mümkün deyil. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ölkəmizin bu sahədəki milli yanaşmalarını təqdim etmək və beynəlxalq standartları yerli mühitə uyğunlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atılan addımlar şəhər sakinlərinin həyat keyfiyyətinin artırılmasına və daha təhlükəsiz, inklüziv şəhər ekosisteminin formalaşdırılmasına xidmət edir.

DİN yanında İctimai Şura səsləndirilən təklifləri ümumiləşdirərək müvafiq dövlət orqanlarına təqdim edəcək, həmçinin şəhərsalma məsələlərində ictimaiyyətin fəal iştirakını və ictimai dialoqu təşviq edəcəkdir.

Previous Post

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Next Post

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

Bənzər yazılar

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26

Sabah hava necə olacaq? Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20

"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur". Elchi.az xəbər verir ki, bu...

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il...

Next Post
WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

Ceyhun Bayramov və Əraqçi arasında telefon danışığı olub

Ceyhun Bayramov və Əraqçi arasında telefon danışığı olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.