"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?

09 May 2026 - 20:28
in GÜNDƏM
FacebookVatsap

“Vətən müharibəmiz 44 günlük müqəddəs savaşdır…”

Bunu da oxuyun

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

“İkinci dünya müharibəsinin sonunu göstərən tarixi günə münasibət zamanla dəyişir. Doğrudur, faşizm dünya üçün böyük təhlükəyə çevrilmişdi. Ona qarşı çıxan xalqların bir çoxu konkret ərazi və dövlətləri uğrunda deyil, bəşəri təhlükəsizlik və insanlıq naminə vuruşurdular. Qələbənin qazanılmasında Azərbaycan xalqının rolu xüsusidir və danılmazdır. Həm döyüş meydanlarında qəhrəman oğullarını itirən və rəşadət göstərən azərbaycanlılar, həm də arxa cəbhədə misilsiz əmək nümunəsi göstərərək, müharibənin taleyini həll etdilər.

İkinci Dünya müharibəsi başlayanda Azərbaycandan 600 mindən artıq insan cəbhəyə yollandı. O dövrdə ölkə əhalisinin sayı nəzərə alındıqda, olduqca böyük rəqəm idi. Yüz  minlərlə azərbaycanlı müxtəlif cəbhələrdə faşizmə qarşı mərdliklə döyüşürdü, yüz minlərlə insan isə geri qayıtmadı. Azərbaycan oğulları Moskva, Leninqrad, Stalinqrad, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq salnaməsi yazdılar.”

Elchi.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Oruc verib.

Deputat əlavə edib ki, əsas savaş silahı neftlə aparılırdı.Müharibə son iki yüz ildə əsas savaş silahı-neftlə aparılırdı. Çünki tanklar, təyyarələr, hərbi texnika yanacaqsız hərəkət edə bilməzdi. Adolf Hitlerin əsas strateji məqsədlərindən biri Bakını ələ keçirmək idi…

“Almaniyanın “Edelveys” planında Qafqaza, xüsusilə, Bakı neftinə sahib olmaq əsas hədəf kimi müəyyən edilmişdi. 3-cü Reyx rəhbərliyi anlayırdı ki, Bakı neftinin mövcudluğu şəraitində Sovet ordusunu zəiflətmək mümkün deyil. Müxtəlif tarixi mənbələrdə rəqəmlər fərqli göstərilsə də ümumi qəbul edilən statistikaya görə müharibə illərində SSRİ-də istifadə olunan neftin təxminən 70-75 faizi Bakının payına düşürdü, aviasiya benzininin 80-85 faizi, motor yağlarının və sürtkü materiallarının isə 90-96 faizi respublikamızda istehsal olunurdu.

1941-1945-ci illərdə Azərbaycanda ümumilikdə təxminən 75 milyon ton neft hasil edilmişdi və Sovet İttifaqının müharibə dövründə istehsal etdiyi neftin təxminən 68-70 faizinə bərabər idi.

Azərbaycan neftçiləri bombardman təhlükəsinə baxmayaraq, hasilatı dayandırmırdılar. O illərdə Bakı faşizm üzərində qələbənin enerji mərkəzi idi. Təsadüfi deyil ki, bir çox tarixçilər “əgər Bakı nefti olmasaydı, müharibənin nəticəsi tam fərqli ola bilərdi” fikrini xüsusi vurğulayırlar.

Parlaq yazıçı və araşdırmaçı Çapay Sultanov çoxsaylı fundamental əsərlərində ikinci Dünya müharibəsinin əsas strateji xəttində məhz Bakı neftinin dayandığını xüsusi vurğulayır. Müəllif qeyd edir ki, müharibə təkcə cəbhələrdə deyil, iqtisadi və enerji resursları uğrunda aparılırdı. 

Ulu öndər Heydər Əliyev Böyük Vətən müharibəsinə xüsusi  münasibət göstərirdi. O bildirirdi ki, faşizm üzərində qələbə xalqların azadlığı və gələcəyi üçün böyük tarixi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev də çıxışlarında xalqımızın qəhrəmanlığını yüksək qiymətləndirir,tariximizin şərəfli səhifəsinə hörmət göstərir və müharibəyə ədalətli qiymət verirdi.

Lakin Azərbaycanın müasir tarixində ən böyük və ən şərəfli Zəfər məhz 44 günlük Vətən müharibəsidir. Çünki işğaldan Qurtuluş savaşımız yalnız 20 faizlik torpaqlarla birlikdə, xalqımızın öz müstəqil dövləti və milli suverenliyi uğrunda apardığı müqəddəs savaş idi. İkinci Dünya müharibəsində azərbaycanlılar imperiya tərkibində döyüşürdülərsə, Vətən müharibəsində Azərbaycan Ordusu yalnız öz bayrağı, öz dövləti və öz milli iradəsi altında mübarizə apardı.

2020-ci ildə qazanılan Qələbə xalqımızın çoxəsrlik tarixində birinci yeri tutur. Zəfər Azərbaycan xalqının birlik, milli iradə və müstəqil dövlət iradəsinin təntənəsi oldu. Xalqımız ikinci Dünya müharibəsinin qəhrəmanlarını ehtiramla yad etsə də artıq siyasi təqvimimizdə müstəsnalıq və əbəlik qazanan, min illər sonra da qürur salnaməsinə çevriləcək Vətən müharibəsini “müqəddəs” adlandırır, onu bütün tarixininvə keçmiş bayramların fövqünə qaldırır.

Sovet imperiyasında milli azadlıqdan danışmaq mümkün deyildi. Lakin Xankəndi Zəfəri məhz suverenlyimizi təmin etdi. Stalinin beynəlmiləl xalq və Qızıl ordu ideyası qarşısında heç bir toplum müstəqillikdən danışa bilməzdi. Hətta Hitlerlə müqavilə bağlayıb onunla birlikdə sovetlərə qarşı  döyüşən oğullar-əbdürrəhman bəy fətəlibəylilərin-düdənginskilərin də apardığı savaş uğursuz olmuşdu.

Son illərdə 9 Maya münasibət, dünyanın müxtəlif ölkələrində fərqli siyasi və ideoloji yanaşmalar fonunda qeyd olunur, geosiyasi toqquşmaların baş narrativi və siyasi interpretasiyaların predmetinə çevrilib. Qələbəyə münasibətdə müxtəlif dövlətlərin baxışları onların tarixi yaddaşı, siyasi maraqları və beynəlxalq mövqeləri ilə sıx bağlıdır.

Postsovet məkanında, xüsusilə, Rusiyada 9 may yeni ərazilər uğrunda georgi lentlərinin simvolu, hərbi vətənpəvərlikdən çox mədəni güc silahı və ideoloji doktrin səviyyəsinə qaldırılıb. Moskva faşizm üzərində qələbəni müasir geosiyasi silah və nüfuz dairəsinin genişləndirilməsi, xüsusilə də keçmiş sovet xalqarının yenidən vahid çətir altına qaytarılması vasitəsitək görür. Qələbənin yalnız bir xalqın və ya dövlətin adına yazılması cəhdləri son illərdə daha açıq görünür. Halbuki İkinci Dünya müharibəsi müxtəlif xalqların ortaq fədakarlığı ilə qazanılmışdı. 1941-1945-ci illər bütün SSRİ xalqlarının savaşı idi, tək Rusiyanın, ABŞ-ın və anti-Hitler kolasiyasının yox.

Digər tərəfdən, Şərqi Avropanın bəzi ölkələrində daha kəskin yanaşma-tam inkarçılıq və sovetlərin özünü istilaçı saymaq mövqeyi formalaşıb. Polşa, Baltikyanı ölkələr, bəzi Şərqi Avropa dövlətləri sovet ordusunun Avropanı faşizmdən azad etməsi ilə yanaşı, sonrakı dövrdə həmin ölkələrin kommunist təsiri altına düşməsini də tarixi faciə kimi qiymətləndirirlər. Ona görə sovet dövrünün simvollarına və 9 May mərasimlərinə münasibət əvvəlki illərlə müqayisədə daha sərt ittihamedici xarakter daşıyır.

 

Dünyada artıq iki fərqli xətt meydana çıxıb. Bir tərəfdən, faşizm üzərində qələbəni insanlığın xilası kimi qəbul edənlər var, digər tərəf isə sovet ordusunun fəaliyyətini yalnız işğal aspektindən qiymətləndirir. Bəzi dairələr hətta sovet xalqının özünü belə “işğalçı” adlandırırlar. Tarixin siyasi məqsədlərlə yenidən yazılması və müharibənin gerçək mahiyyəti dəyişib.

“Qələbənin öz adına çıxılması” siyasəti soyuq müharibədən sonra da ABŞ, Rusiya və Avropa dövlətləri arasında amansız ideoloji rəqabətin əsas platforması olub və proses indi də davam edir.

Azərbaycanın mövqeyi isə həm tarixi, həm də siyasi baxımdan yüksəkdə dayanır. İkinci Dünya müharibəsində xalqımız böyük qəhrəmanlıq göstərsə də, həmin dövrdə müstəqil dövlət deyildi, sovet imperiyasının tərkibində müharibəyə cəlb olunmuşdu. Azərbaycan oğulları başqa bayraq altında döyüşür, başqa siyasi sistemin daxilində savaşırdılar. Ötən əsrin 20-ci illərində itirilən müstəqilliyə görə ikinci cahan savaşında iştirak azərbaycanlıların qəhrəmanlığını azaltmır, lakin siyasi baxımdan həmin müharibə milli dövlət savaşı deyildi.

Müasir Azərbaycan tarixində 44 günlük Vətən müharibəsi tamamilə fərqli məna daşıyır.  6 il əvvəl 27 sentyabrda başladğımız müqəddəs müharibə artıq imperiya daxilində yox, müstəqil dövlətin öz suverenliyi uğrunda apardığı milli azadlıq mübarizəsi idi. Azərbaycan xalqı ilk dəfə olaraq, yalnız öz bayrağı altında, öz ordusu ilə, öz siyasi iradəsi ilə müharibə aparırdı və parlaq Qələbə qazandı.

Fərq son dərəcə mühüm tarixi və mənəvi məna daşıyır. Çünki Vətən müharibəsi xalqımızın yüz illər boyu arzuladığı milli dövlətçilik idealının ən böyük təcəssümünə çevrildi. 30 ilə yaxın davam edən işğala son qoyulması yalnız millətimizin gücü hesabına-yəni başqa dövlətlərin- orduların əliylə deyil, vətənimizdə yaşayan bütün xalqların iradəsi ilə torpaqlarını azad edilməsi müasir dünya tarixində müstəsna yer tutur və 21-ci əsrdə tək hadisədir. Ona görə də dövlətimiz tarixinə münasibətdə dəqiq ideoloji kurs yürüdür-bizim Vətən savaşımız 44 günlük müqəddəs müharibədir. İlham Əliyevin Ali Baş Komandanlığı və sərkərdəliyi nəinki Stalinin, yaxud Çörçilin, o cümlədən, hazırki müharibə liderlərinin hamısından bizim üçün ucadır. 4 ildən davam edən Rusiya-Ukrayna savaşı, o cümlədən, Yaxın Şərqdə yaşananlar və İran ətrafında qlobal gərginliyin qalibi yoxdur. Azərbaycan prezidenti isə ən qısa vaxtda, ən az itki ilə ən maksimal nəticəni qazanıb..Savaşın coğrafi radiusu və onun aparılma üsulu 21-əsrin son texnologiyaları ilə gedən müharibələrinin dərsliyinə çevrilib.

 

8 noyabrın 9 may və ya tarixmizin digər günlərindən Uca tutulması, öndə dayanması, o cümlədən, xanlıqlar, çarizm və sovetlər dövründən yüksəklərə qaldırılması Qarabağ uğrunda müharibənin milli azadlıq savaşına çevrilməsi ilə bağlıdır.

Lakin Qələbəmizin əhəmiyyəti təkcə  milli deyil, həm də beynəlxalq və siyasi mahiyyəti var. Çünki Azərbaycan beynəlxalq hüququn tanıdığı ərazilərini işğaldan azad etdi və BMT qətnamələrinin icrasını öz gücü ilə təmin etdi. Azərbaycanın Zəfəri dünyada ədalət istəyən bütün xalqların qələbəsidir.

İndi dövlətimiz Qələbəni bütün Qafqazın xilasına və sülh gündəliyinə çevirir. İkinci dünya müharibəsindən sonra isə Dəmir Pərdə çəkilmiş və Berlin divarı hörülmüşdü.

Azərbaycan isə çoxsərli düşmənçilik divarlarını yıxır, imperiyların əlində silaha çevrilən bütün regiona xalqlarını sülh bayrağı altında birləşdirir və daha böyük coğrayida-yeni dünya nizamını Qarqabağ Qələbəsindən başlamağı təklif edir. Ona görə təkcə müharibə deyil, yeni təhlükəsizlik arxitekturası və milli tariximizdə ilk dəfə, Ağ Evdə legitimliyi tanınan Qələbəmiz ümumdünya sərvətinə çevrilib. Ona görə də nəinki keçmiş sovet, yaxud türk və islam aləmində, o cümlədən, bütün dünya xalqları 8 noyabrı təntənə ilə qeyd edə bilər.

Bəli, bir çox keçmiş sovet respublikalarında İkinci Dünya müharibəsinə aid abidələrin sökülməsi, sovet əsgərlərinin xatirəsinin silinməsi və həmin dövrün bütün simvollarına tam inkarçı münasibət nümayiş və təbliğ olunur. Baltikyanı ölkələrdə, Şərqi Avropanın bəzi dövlətlərində sovet dövrünə aid memorial komplekslərin dağıdılması dövlətin siyasi xəttinə çevrilib. O xalqlar sovet hakimiyyətini azadlıq yox, totalitar quruluş kimi qəbul edirlər.

Azərbaycan xalqı isə tarixə daha fərqli və daha tarazlı münasibət göstərir. Biz faşizm üzərində qələbədə iştirak edən insanların qəhrəmanlığını inkar etmirik. Xalqımızmüharibədə həlak olmuş insanların xatirəsinə hörmətlə yanaşır, onların abidələrini dağıtmır və tarixi yaddaşı siyasi qisas, yaxud Rusiya ilə ideoloji toqquşma predmetinə çevirmir.

Lakin millətimiz tarixi həqiqətlərini də unutmur. Çünki sovet dövrü yalnız “qələbələrdən” ibarət deyildi. Həmin illərdə xalqımıza qarşı ciddi siyasi ədalətsizliklər və tarixi cinayətlər də həyata keçirilmişdi. Azərbaycan torpaqlarının taleyi xalqın iradəsi nəzərə alınmadan dəyişdirilib, İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilib, Qarabağa isə gələcək münaqişələrin əsasını qoyan muxtariyyət statusu verilib. Sonrakı onilliklərdə qərarlar regionda etnik qarşıdurmaların və ərazi iddialarının ideoloji bazasına çevrilib.

Yalnız Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrü ideoloji formasiya fərqliliklərinə baxmayaraq, milli həyatın bütün sferalarında parlaq inkişafla zəngin olub. Təkcə açılan zavod və fabriklər, o cümlədən, mədəniyyət və elmi elitasının yaradılması, respublika quruluşunun bütün atributları gələcək müstəqil dövlətin təməllərini formalaşdırdı. Xalqımız yaxşı anlayır ki, ikinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, həmin dövrdə milli azadlığa malik deyildi və imperiya daxilində yaşayırdı. Yalnız müstəsna tarixi şəxsiyyətlər heç bir totalitar  çərçivələrə və məhdudiyyətlərə baxmayaraq, təmsil etdiyi milləti böyük inkişafa qovuşdurmuşdu.

Ona görə də 2020-ci ildə qazanılan Zəfərin Azərbaycan üçün mənası daha böyükdür, bənzərsizdir. 44 günlük Vətən müharibəsi ilk dəfə, Azərbaycan heç bir imperiyanın tərkibində və ya xarici ideologiyanın əsiri deyildi, şanlı ordumuz yalnız üçrəngli bayrağımız altında öz torpaqlarımız uğrunda savaşırdı.

Zəfərin ən mühüm nəticələrindən biri torpaqların azad olunması ilə bərabər, Ermənistanın iki əsr boyunca bölgədə yaratmağa çalışdığı “tarixi torpaq” iddialarını ciddi şəkildə sarsıtdı.

Vətən müharibəsindən sonra Qarabağ bölgəsində yaşayan erməni əhalisinin tədricən və könüllü şəkildə regionu tərk etməsi separatizmin sosial, demorqafik, etnik-milli bazasını aradan qaldırdı və erməni məsələsi coğrafiyamızdan birdəfəlik kənara çıxdı.

Azərbaycanın ərazi bütövlüyünə və milli dövlətçiliyinə qarşı uzun əsrlər istifadə edilən siyasi mina iflasa uğradı.

Vətən müharibəsində Qələbəmizi müstəsna və bənzərsiz edən, ona birincilik qazandıran səbəblər hakimiyyətlərə, siyasi iqtidarlara görə deyil, vahid milli iradəyə bağlıdır”.

Previous Post

Xilaskarlıq haqqı

Next Post

“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

Bənzər yazılar

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

02 İyun 2026 - 15:30

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın...

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bişkekdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May 2026 - 12:21

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə...

Next Post
“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

Heydər Əliyev: İşıqlı yolun banisi

Heydər Əliyev: İşıqlı yolun banisi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.