Avropa İttifaqı əvvəllər imzalanmış razılaşmalara sadiqdir, lakin ABŞ tərəfindən tətbiq ediləcək yeni rüsumlara cavab verməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Biz azad və ədalətli ticarətin, Ümumdünya Ticarət Təşkilatının qaydalarına riayət olunmasının tərəfdarıyıq. İmzalanmış sazişlər var ki, onlara əməl edilməlidir və əgər onlar şübhə altına alınarsa, bu, hər şeyin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq. Əgər bu və ya digər ölkə rüsumlarla təhdid olunarsa, Aİ-nin belə hallarda işə salınmalı olan alətləri var”, — deyə Makron ABŞ prezidenti Donald Trampın Avropa avtomobil sənayesi məhsullarına 25% həcmində rüsum tətbiq etmək qərarını şərh edərkən deyib.
Fransa lideri əlavə edib ki, onun fikrincə, hazırkı geosiyasi dövrdə ABŞ və Aİ-nin “destabilizasiya təhdidləri yağdırmaqdan daha vacib işləri var”. O, həmçinin “sağlam düşüncənin mümkün qədər tez qalib gələcəyinə” və tərəfdaşlar arasında harmonik qarşılıqlı fəaliyyətin bərpa olunacağına ümid etdiyini bildirib.
Məryəm





















