Çin İrana hava hücumundan müdafiə (HHM) sistemləri və pilotsuz uçuş aparatları (PUA) tədarük etmir.
Elchi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Can Syaokan bəyan edib.
“Biz dəfələrlə bu cür suallara cavab vermişik və qeyri-dəqiq məlumatların yayılmasının əleyhinəyik”, — deyə rəsmi nümayəndə brifinq zamanı jurnalistin sualına cavab verərkən vurğulayıb. Jurnalist İran və ABŞ arasındakı silahlı münaqişə fonunda Çin tərəfinin guya “Tehrana HHM sistemləri və dronlar verdiyi, habelə onları İraqa tədarük etməyə hazırlaşdığı” barədə məlumatı təsdiqləməsini xahiş edib.
Rəsmi nümayəndə dəqiqləşdirib ki, Çin İraqla dostluq mühitində ordulararası münasibətlər saxlayır. Can Syaokan qeyd edib ki, ÇXR hərbi məhsulların ixracına nəzarət edir, “dost ölkələrlə əməkdaşlığı təşviq edir, regional və qlobal sülhün, eləcə də sabitliyin təmin olunmasında konstruktiv rol oynayır”.
Məryəm





















