Baş ofisi Tokioda yerləşən Yaponiyanın Terra Drone şirkəti Ukraynanın döyüş pilotsuz uçuş aparatları (PUA) tərtibatçısı ilə ikinci investisiya müqaviləsinin bağlandığını elan edib.
Elchi.az xəbər verir ki, martın sonunda “Terra Drone” Ukraynanın digər bir döyüş dronu istehsalçısı ilə razılaşma imzaladığını açıqlamışdı. Bununla əlaqədar olaraq, Yaponiyanın Moskvadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və yapon diplomata etiraz bildirilib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, yapon diplomatik missiyasının rəhbərinə bildirilmişdir ki, Kiyev rejiminin Rusiya ərazisindəki mülki obyektlərə və dinc sakinlərə qarşı pilotsuz aparatlardan istifadə etməklə törətdiyi sistematik cinayətkar təxribatlar “belə bir addımın (investisiya müqaviləsinin) açıq şəkildə düşmənçilik xarakteri daşıdığını və Rusiyanın təhlükəsizlik maraqlarına zərər vurduğunu” hesab etməyə əsas verir.
XİN rəsmisinin sözlərinə görə, səfirin diqqətinə çatdırılıb ki, “əgər Yaponiya tərəfi dövlətlərarası dialoqun bərpasında həqiqətən maraqlıdırsa, o, bu istəyini sözdə deyil, konkret və praktiki işlərlə nümayiş etdirməlidir”.
Məryəm





















