Hizbullah müvəqqəti atəşkəsin davamlı şəkildə pozulmasını əsas gətirərək, Livanın cənubunda İsrail ordusunun maşınlarına zərbə endirdiyini bildirdi.
Elchi.az xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada İsrail ordusunun üç gündür qüvvədə olan atəşkəsi pozmağa davam etdiyi bildirilir.
Bəyanatda qeyd olunur ki, dünən Taybe şəhərindən cənubi Livanın Deyr Siryan şəhərinin Sala bölgəsinə hərəkət edən 8 zirehli maşından ibarət İsrail ordusu karvanı əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu ilə hədəfə alınıb.
Hücumun iki dalğada həyata keçirildiyi və İsrail ordusuna məxsus 4 Merkava tankının məhv edildiyi bildirilib.
İsrail ordusu bu iddia ilə bağlı hələlik açıqlama verməyib.
Şayəstə





















