ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadası başlayandan bəri İslam Respublikasının limanlarına daxil olmağa və ya oradan çıxmağa çalışan səkkiz neft tankerini saxlayıb.
Elchi.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” qəzeti ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmi şəxsə istinadən çıxış edib.
Qəzetin məlumatına görə, ABŞ hərbçiləri kommersiya gəmiləri ilə radio əlaqəsi saxlayaraq onlara kursu dəyişmək barədə göstəriş veriblər. Nəşr yazır ki, bütün tankerlər hərbçilərin tələblərinə tabe olub.
Məlumata görə, İranın dəniz blokadasına 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu cəlb olunub.
Şayəstə




















