“İran ABŞ-la danışıqlara hazırdır, lakin hüququn aliliyi çərçivəsində”.
Elchi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Pezeşkian öz Teleqram kanalında deyib: “İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün üsul hesab edir və milli ləyaqətini və nüfuzunu qorumaqla, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir”.
Yeganə





















