"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

MİDA: 10 il ərzində ümumilikdə 11 mindən çox ailə mənzillə təmin olunub

13 Aprel 2026 - 20:04
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

10 il ərzində ümumilikdə 11 mindən çox ailə mənzillə təmin olunub.

Bunu da oxuyun

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətə başlamasının 10-cu ildönümü ilə əlaqədar qurumun inzibati binasında keçirililən tədbirdə məlumat verilib.

Tədbirdən öncə Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Daha sonra ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin 10 illik fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclas baş tutub.

İclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması olub.

Qeyd olunub ki, Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Prezidentinin tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd edib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədiilə 10 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa “Böyük Qayıdış” çərçivəsində icra olunan layihələrdir.

Güzəştli mənzil layihələrindən 8-nin inşası tamamlanıb, 8 layihənin icrası isə hazırda davam etdirilir. Tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhərində 2 layihə, Gəncə Yaşayış Kompleksi, və Lənkəran Yaşayış Kompleksidir.

İnşası tamamlanmış layihələrdə 12 000-ə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib.

Bu komplekslərdəki mənzillər həm “Güzəştli mənzil” sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində Agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə edib.

Vurğulanıb ki, vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı prosesində güzəştli ipoteka kreditlərinin verilməsi “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.

Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.

Qeyd olunub ki, yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

İcrası davam etdirilən 8 layihədən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərinin tikintisi isə artıq başa çatmaq üzrədir. Saray, Hövsan (2,31), Hövsan (5,83) layihələri isə hazırda icra edilir. Naxçıvan Yaşayış Kompleksinin layihələndirilməsi tamamlanmaq üzrədir, Şəmkir yaşayış kompleksinin layihələləndirilməsi isə davam edir. Bu layihələrdə 6 mindən çox mənzilin, 2 məktəbin və 5 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.

Həmçinin, güzəştli mənzillərin tikilməsi məqsədilə Salyan şəhərində yeni torpaq sahəsi Agentliyin sərəncamına verilib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Sadiq Sadıqov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır. Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib.

Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. İnşası başa çatmış Füzuli Yaşayış Kompleksində artıq ailələrin daimi məskunlaşması təmin edilib. 2023-cü il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, həmçinin mənzillərə baxış keçiriblər.

Cəbrayıl Yaşayış Kompleksinin də inşası başa çatdırılıb və 2024-cü ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. 7,87 hektar torpaq sahəsində yerləşən Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.

Həmçinin, Agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binası əsaslı təmir edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il may ayının 28-də yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşlar.

Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə Hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir. Agentlik tərəfindən “Azərbaycan məhəlləsi”ndə ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilmişdir. 2025-ci il iyun ayının 19-da “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin təməli qoyulmuşdur.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılması və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 45 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Bildirilib ki, Agentlik öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınmasına xüsusi əhəmiyyət verir. Bununla əlaqədar olaraq uyğun qiymətə mənzillərin tikintisi sahəsində çoxillik təcrübənin öyrənilməsi məqsədilə Agentliyin nümayəndələrinin 2016-cı ildə Türkiyə Respublikasına, 2019-cu ildə İsveçrə Konfederasiyasına, 2020 və 2023-cü illərdə Amerika Birləşmiş Ştatlarına, 2017 və 2026-cı illərdə isə Sinqapur Respublikasına işgüzar səfəri təşkil edilmişdir. 2020-ci ildə Nyu-York şəhərində keçirilən “Evsizliyin aradan qaldırılması məqsədilə hər kəs üçün uyğun qiymətə mənzil təminatı və sosial müdafiə sistemləri” mövzusuna dair BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 58-ci sessiyasında Agentliyin iştirakı təmin edilmişdir. Sessiyadakı çıxışda Azərbaycan hökumətinin sosial yönümlü siyasəti, habelə MİDA-nın bu siyasətin həyata keçirilməsində fəaliyyəti, icra olunan layihələri, “Güzəştli mənzil” elektron sistemi barədə məlumatlar verilmişdir.

“Ötən müddət ərzində Agentlik ictimaiyyətin dəqiq, ətraflı və operativ məlumatlandırılmasını təşkil etmək məqsədilə media ilə sıx və səmərəli əməkdaşlıq etmişdir. Həmçinin, Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlar paylaşılmış, inşa olunan layihələrə mediaturlar təşkil olunmuşdur.

Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilib. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif vaxtlarda ağacəkmə aksiyaları keçirilib”, – iclasda qeyd olunub.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də 10 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Previous Post

Fars körfəzi zonasında 20 min dənizçi blokadada qalıb

Next Post

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

Bənzər yazılar

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb. Bu barədə Elchi.az - a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki,...

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46

Ağdamın Mərzili, Füzulinin Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb. Bu barədə Elchi.az -  Fövqəladə...

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə ballistik raketlərlə hücum edib. Elchi.az xəbər verir ki,...

Next Post
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

Yaşar Gülər Qətərə rəsmi səfər edib

Yaşar Gülər Qətərə rəsmi səfər edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.