Vaşinqtonun İranda hərbi münaqişəyə başlamaq qərarı dünya iqtisadiyyatında qeyri-sabitliyə və Avstraliya sakinləri üçün xərclərin artmasına səbəb olub.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri (baş xəzinədar) Cim Çalmers bəyan edib.
“Bu qərarlar Vaşinqtonda qəbul edilib, lakin bədəlini avstraliyalılar öyrəyir”, — deyə o, Yaxın Şərqdəki münaqişənin iqtisadiyyata təsirini şərh edərkən bildirib. Nazir jurnalistlərlə söhbətində vurğulayıb: “Avstraliyalılar bu müharibəni seçməyiblər və ona səbəb olan qərarları qəbul etməyiblər. Bu qərarlar ilkin olaraq Amerika tərəfindən verilib, lakin onların fəsadlarını tam şəkildə Avstraliya sakinləri də hiss edirlər”.
Çalmersin sözlərinə görə, ABŞ-ın hərəkətləri qlobal iqtisadiyyata proqnozlaşdırıla bilməyən elementlər və qeyri-sabitlik gətirib ki, bu da birbaşa Avstraliyadakı həyat səviyyəsinə təsir edir. “Qərarlar Vaşinqtondakı ‘Vəziyyət otağında’ (Situation Room) masası arxasında verilirdi, avstraliyalılar isə mətbəx masaları arxasına toplaşaraq bunun bədəlini necə ödəyəcəklərini anlamağa çalışırlar”, — deyə nazir qeyd edib.
“İqtisadi baxımdan, yaşayış xərcləri baxımından bu müharibənin başa çatması dərhal yüngülləşməyə səbəb olmayacaq”, — deyə Çalmers xəbərdarlıq edib.
Məryəm





















