Çinin xarici işlər naziri Van İ Pxenyan şəhərinə gəlib və burada KXDR-in xarici işlər naziri Çhve Son Hi ilə danışıqlara başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
“Çin əlaqələrimizdəki müsbət dinamikanı inkişaf etdirmək üçün KXDR ilə birlikdə işləməyə hazırdır. İki dövlətin rəhbərləri tərəfindən müəyyən edilmiş strateji kurs bu münasibətlərin inkişafının əsas siyasi üstünlüyü və ən etibarlı zəmanətidir”, — deyə agentlik Van İ-nin sözlərini sitat gətirib.
Çin diplomatiya idarəsinin rəhbəri KXDR-də rəsmi səfərdədir və bu səfər aprelin 10-na qədər davam edəcək.
Məryəm





















