Gecənin qaranlığından bəri İsrailin Livanın cənubundakı şəhərlərə hava hücumlarında yeddi nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, 2 martda başlayan İsrailin Livana hücumları davam edir.
Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri gecənin qaranlığından bəri cənubdakı Abbasiya, Habbuş, Cabşit, Deyr Zəhrani, Duveyr, Kafra, Cumaycima, Səfəd Battih, Məcdəl Silm və Deyr Əntar şəhərlərini hədəfə alıb.
Abbasiyadakı hücumda ilkin məlumatlara görə, yeddi nəfər həlak olub, bir çox insan yaralanıb.
Şayəstə





















