"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub – FOTO

06 Aprel 2026 - 17:06
in MƏDƏNİYYƏT, SİYASƏT
FacebookVatsap

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Bunu da oxuyun

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Dünya üçün Azərbaycan nümunəsi

Elchi.az xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verildi.

Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.

Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.

Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu “Qafqaz Muzeyi” dövründən başlayır.

Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer alıb.

Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisi” yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.

Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olundu.

Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO

Previous Post

Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb

Next Post

Kollektorun üzərində tikilən ev söküldü, xəttin bərpası işlərinə başlanıldı – FOTO/VİDEO

Bənzər yazılar

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir...

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Elchi.az xəbər...

Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01

Dünya üçün Azərbaycan nümunəsi var. Siyasi və iqtisadi müstəqilliyini tam təmin edərək region liderliyindən qlobal arenaya sürətlə yüksələn ölkəmizin təşəbbüs...

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. Elchi.az xəbər verir ki, bununla bağlı...

Next Post
Kollektorun üzərində tikilən ev söküldü, xəttin bərpası işlərinə başlanıldı – FOTO/VİDEO

Kollektorun üzərində tikilən ev söküldü, xəttin bərpası işlərinə başlanıldı - FOTO/VİDEO

Boğazdan keçid üçün heç bir ölkəyə güzəşt edilməyəcək

Boğazdan keçid üçün heç bir ölkəyə güzəşt edilməyəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.